12 Dekabr 2019 19:32
565
SİYASƏT
A- A+

AŞPA-nın komitə iclaslarında Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilib


Dekabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan haqları və Monitorinq komitələrinin iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, iclaslarda ölkəmizi AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev təmsil edib.

Komitə iclaslarında Azərbaycanda insan haqları məsələsi, bununla bağlı AŞPA-ya təqdim edilmiş məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələr konstruktiv və peşəkarlıq baxımdan qənaətbəxş olub.

Məruzədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci və 2019-cu illərdə Cinayət Məcəlləsi, məhkəmə sistemi, ümumiyyətlə, hüquq-mühafizə sahəsində imzaladığı sərəncamlar, onların nəticəsində aparılmış islahatlar və müsbət dəyişikliklər diqqətə çatdırılıb. Məruzədə ölkəmizlə bağlı "siyasi məhbus” adı ilə təqdim olunmuş müxtəlif siyahılardan imtina edilib, Avropa İnsan Haqları Məhkəməsinin aliliyinin, onun qəbul etdiyi qərarların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İnsan haqları ilə bağlı ölkəmizdə vaxtilə yaradılmış işçi qrupunun rolu və əhəmiyyəti vurğulanıb, onun davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Məruzədə vurğulanan müsbət məqamların Azərbaycanda həyata keçirilən islahatların bəhrəsi olduğu bildirilib və bu islahatlar alqışlanıb. Ölkəmizdə keçiriləcək parlament seçkilərində islahatların zəruriliyi və əhəmiyyəti də xüsusi qeyd edilib.

Azərbaycanda aparılan islahatlar AŞPA ilə konstruktivlik və qarşılıqlı əməkdaşlıq üçün böyük zəmin yaradıb.

Azərbaycan nümayəndə heyəti müzakirə olunan məsələlərlə bağlı mövqelərini bildirib.

Qeyd edək ki, dekabrın 13-də AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr gözlənilir. Ölkəmizə göndəriləcək nümayəndə heyətinin səlahiyyətləri və seçkilərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video