Alternative content

12:18 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini bir daha nümayiş etdirirdi
Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini bir daha nümayiş etdirirdi
ANA SƏHİFƏ / SİYASƏT
19:28 12.12.2019

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla anıb

Dekabrın 12-də səhər saatlarından başlayaraq insanlar axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anırdılar. Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramını bir daha nümayiş etdirirdi.

AZƏRTACxəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında müxtəlif təbəqələri təmsil edən, hər yaşda olan insanlar - hərbçilər, dövlət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, təhsil və tibb işçiləri, veteranlar, gənclər və başqaları vardı. Ulu Öndərin Fəxri xiyabandakı məzarını Azərbaycanda fəaliyyət göstərən diplomatlar, paytaxtımızın qonaqları da ziyarət edirdilər.

Azərbaycanın müasir tarixi, keçdiyi inkişaf yolu bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində qoyduğu möhkəm təməl son 16 ildə davamlı uğurları təmin edib. Qədirbilən insanlar Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin xatirəsini daim əziz tuturlar.

Anım mərasimlərinin iştirakçılarıAZƏRTAC-ın müxbirlərinə müsahibələrində Ulu Öndərin xidmətlərindən danışıb, müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüblər.

Tarix üzrə fəlsəfə doktoru, professor Vəli Əliyev:Ulu öndər Heydər Əliyev təkrarolunmaz dahi şəxsiyyətdir. Ümummilli Liderimiz Azərbaycan dilini, tarixini və mədəniyyətini dünyaya tanıtdırdı. Ulu Öndərin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründəki çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq duyğularının baş qaldırmasına səbəb olub. Taleyinə qurmaq və yaratmaq missiyası yazılmış Heydər Əliyev müasir tələblərə cavab verən kadr potensialı hazırlanmasına böyük diqqət yetirir, onları xalqın qızıl fondu hesab edirdi. Ümummilli lider Heydər Əliyev azərbaycanlı olması ilə fəxr etdiyi kimi, Azərbaycan xalqı da öz böyük oğlu ilə qürur duyur. "Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən zaman kəsiyi ərzində Ulu Öndərimiz tərəfindən görülən böyük işlər onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulub, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılıb.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov: Ümummilli Lider gənclərin inkişafına, onların mükəmməl təhsil almasına böyük diqqət göstərirdi. Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoyan Heydər Əliyevin hələ 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocağı, o cümlədən hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alaraq müasir ixtisaslara yiyələniblər. Onun şəxsi təşəbbüsü və qayğısı sayəsində o vaxt Sovet İttifaqının 50-dən çox şəhərindəki 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına şərait yaradılıb. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gəncliyin inkişafı olub. Ulu Öndərimizin gənclərlə çoxsaylı görüşləri, onlara verdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşməsində mühüm rol oynayıb. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən sərəncamların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması istiqamətində ardıcıl addımlar atılıb. Bununla da Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması üçün bütün lazımi şərait yaradılıb. Bu gün gənclərimiz dahi rəhbər Heydər Əliyevin memarı və qurucusu olduğu qüdrətli, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirirlər.

Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Yasin Qarayev: Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir. İnsanlar təkcə onun anım günündə deyil, adi vaxtlarda da Fəxri xiyabana gedərək dahi şəxsiyyətin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərimizin uzaqgörən siyasəti, qətiyyəti və müdrikliyi sayəsində müasir müstəqil Azərbaycan dövlətinin təməli qoyulub, parlaq gələcəyə aparan uğurlu yolun parametrləri dəqiq müəyyənləşdirilib. Bu siyasət ölkəmizi dinamik inkişaf yoluna çıxarıb. Heydər Əliyev Azərbaycan mədəniyyətinin himayədarı idi, rəhbərliyinin bütün dövrlərində mədəniyyətə, incəsənətə yüksək diqqət və qayğı ilə yanaşırdı. Sevindirici haldır ki, Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafı istiqamətində mühüm addımlar atılır, bütün təminatlar yaradılır.

Təqaüddə olan müəllim Əlifağa Məmmədov:Milli intibahın əsasında dayanan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində önəmli rol oynayır. Məlumdur ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək yetərlidir. Bu kontekstdən yanaşdıqda, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas edib. Ulu öndər Azərbaycanda elm və təhsilə xüsusi həssaslıqla yanaşıb və elm adamlarına, müəllimlərə qayğı göstərib. O, SSRİ dövründə və müstəqillik illərində də elm və təhsilin inkişafını, bu sahənin problemlərini diqqətdən kənarda qoymayıb, bununla bağlı bir çox tarixi fərman və sərəncamlar imzalayıb. Xalqımızın dahi şəxsiyyətindən saatlarla danışmaq olar, ona sevgimiz tükənməzdir. Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk:Ümummilli lider Heydər Əliyev fenomen şəxsiyyət idi. Ulu Öndərin adı dünyanın nüfuzlu siyasətçiləri ilə eyni sırada çəkilirdi. Dünya liderləri onun yüksək zəka sahibi, xüsusilə çətin siyasi proseslər zamanı uğurlu manevr etmək bacarığına malik şəxsiyyət olduğunu etiraf edirdilər. Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün amalı müstəqil Azərbaycan, dövlətimizin güclənməsi və müstəqilliyimizin qorunması idi. Ulu Öndərin ötən əsrin 70-ci illərində həyata keçirdiyi geniş quruculuq siyasəti nəticəsində sovetlər zamanında Azərbaycanı müttəfiq respublikalar arasında qabaqcıllar sırasına çıxardı. Ölkəmizdə iri zavod, fabrik, digər sənaye müəssisələri, yaşayış massivləri tikilib istifadəyə verildi. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə inkişafın möhkəm təməlləri yaradıldı. Müxtəlif nüfuzlu xarici şirkətlər ölkəyə dəvət olundu. İqtisadi-sosial sahələrdə böyük işlər həyata keçirildi. Beynəlxalq arenada da Azərbaycanın mövqeyi gücləndi. Dövlətimiz bir sıra beynəlxalq təşkilatların üzvü oldu. Eyni zamanda, elmin müxtəlif sahələrində irəliləyişlər baş verdi.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral:Bu gün səfirlimizin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər. Heydər Əliyev həqiqətən həyat və fəaliyyəti araşdırılması və gördüyü işlərdən nümunə götürülməsi vacib olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalı ilə yaşayıb. Müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirmək, gücləndirmək barədə düşünən, bütün ömrünü bu amala həsr edən şəxsiyyət olub. Heydər Əliyev bu yolda öz həyatını dəfələrlə təhlükə altına atan, hər zaman öz canını qurban verməyə hazır olan insan idi. Türk dünyasında Heydər Əliyev kimi lider hər zaman yetişmir.

X X X

Dekabrın 12-də Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilib. Mərasim iştirakçılarının bir neçəsiAZƏRTAC-ın bölgə müxbirləri ilə söhbətlərində Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırladıb, bununla bağlı fikirlərini bölüşüb.

Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov:Qubanın meyvəçilik rayonu kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda, xüsusən də Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması ilə bağlı xüsusi qərarın qəbul olunması ölkəmizdə bağçılıq təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin təşəbbüsü olan həmin qərara əsasən bir neçə il ərzində təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salındı. O vaxtadək Azərbaycanın heç bir rayonda intensiv bağ yox idi. İndi də yadımdadır ki, 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə 100 min tondan çox meyvə toplamağa nail oldular. Xoşbəxtəm ki, mənə ulu öndərimiz Heydər Əliyevlə görüşmək, onun rəhbərliyi ilə keçirilən iclaslarda çıxış etmək nəsib olub. Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna diqqət yetirsəniz, oradakı inkişafda Heydər Əliyevin böyük xidmətlərinin olduğunu görərik. Hazırda Qubada 20 min hektara yaxın meyvə bağı var, yerli camaatın böyük hissəsi öz büdcəsini bu bağlardan gələn gəlir hesabına formalaşdırır.

Qarabağ müharibəsi veteranı, "Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov:1993-cü ildə Azərbaycan Ordusunda vahid komandanlıq, nizam-intizam yox idi. Bundan istifadə edən düşmən torpaqlarımızı işğal edirdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yarandı. 1994-cü ildə uğurlu Horadiz əməliyyatının iştirakçısı kimi, Ulu Öndərimizin əsgərlərlə görüşünü yaxşı xatırlayıram. O vaxt Füzuli cəbhəsində tank taborunun komandiri idim. 1993-cü ilin noyabrında bizim taboru təlimə aparmışdılar. Dekabrda Heydər Əliyev Silahlı Qüvvələrin döyüş hazırlığı ilə tanış olmaq üçün təlim düşərgəsinə gəlmişdi. Onun əsgər və zabitlər qarşısında çıxışı hamımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan əsgərinin döyüş əzmini artırdı. Yanvarın 4-də hücuma keçib iki gün ərzində Füzuli rayonunun 21 yaşayış məntəqəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdik. Üç ay sonra Ulu Öndər Füzuli rayonunda ön xətdə yenidən bizimlə görüşdü. Horadiz əməliyyatında fərqlənən əsgərlərin təltif olunduğu mükafatları onları özü şəxsən təqdim etdi. Heydər Əliyevin Fərmanına əsasən mən də "Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşam. Bu, həyatımda ən böyük mükafatdır.

X X X

Səhər saatlarından başlayan anım mərasimləri axşamadək davam edib. Yaşanan izdiham bir daha göstərdi ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında dinamik inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan yeni-yeni uğurlara imza atır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM