Alternative content

17:04 20 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
15:58 20.01.2020 Sükut dəqiqəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nobel mükafatçısı Kosovo və Sarayevoda persona non qrata elan edildi
Nobel mükafatçısı Kosovo və Sarayevoda persona non qrata elan edildi
ANA SƏHİFƏ / DÜNYA
17:57 12.12.2019


Kosovo bu il ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş avstriyalı yazıçı Peter Handkeni persona non qrata elan etmişdir. Bu barədə Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Becət Patsoli məlumat vermişdir.

Patsoli Handkenin keçmiş Yuqoslaviya üzrə Haaqa Beynəlxalq Tribunalı tərəfindən insanlığa qarşı cinayətlərdə ittiham olunmuş Serbiyanın eks-prezidenti Slobodan Miloşeviçlə yaxın münasibətlərini şəhr edərkən Facebookda yazmışdır: "Cinayətləri təkzib etmək və cinayətkarları dəstəkləmək dəhşətli cinayətdir”.

Handke 2006-cı ildə Haaqa tribunalının həbsxanasında ürəktutmadan ölmüş Miloşeviçin dəfnində iştirak etmişdi.

Bosniya və Herseqovinanın Sarayevo kantonu da öz parlamentinin qərarı ilə Peter Handkeni persona non qrata elan etmiş, ona Nobel mükafatı verilməsini "hərbi cinayətlərin qurbanlarının ruhunu növbəti dəfə təhqir etmək” kimi qiymətləndirmişdir.

Bundan əlavə, Xorvatiya, Bosniya və Herseqovina, Albaniya, Türkiyə və Kosovo səfirləri dekabrın 10-da İsveçin paytaxtı Stokholmda avstriyalı yazıçıya Nobel mükafatının təqdim olunması mərasimini boykot etmişdilər.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM