12 Dekabr 2019 17:57
541
DÜNYA
A- A+

ABŞ İranı yenidən cəzalandırdı


ABŞ İranın gəmiçilik şirkətlərinə ("İRİSL Groop”), onların çinli "E-Sail Shipping Company Ltd” törəməsinə və İranın "Mahan Air” aviasiya şirkətinə qarşı sanksiyalar tətbiq etmişdir. Bu barədə Dövlət Departamenti məlumat vermişdir.
Məlumatda deyilir ki, adıçəkilən şirkətlər kütləvi qırğın silahlarının yayılması ilə əlaqəli olan daşınmalar həyata keçirdiyinə görə cəzalandırılmışdır.
Bundan əlavə, İran silahını qaçaqmalçılıq yolu ilə Yəmənə göndərməkdə kömək etmiş daha 8 struktur sanksiyalara məruz qalmışdır.
Məlumatda qeyd olunur ki, "Mahan Air” və onun satış üzrə üç agenti barəsində sanksiyalar dərhal qüvvəyə minir. "İRİSL Groop” və "E-Sail Shipping Company Ltd”yə gəlincə, Dövlət Departamenti İrana humanitar mal ixracatçılarına alternativ daşıma üsulları axtarıb tapmaq üçün möhlət verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video