Alternative content

16:00 08 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsraildə 11 ayda üçüncü parlament seçkiləri keçiriləcək
İsraildə 11 ayda üçüncü parlament seçkiləri keçiriləcək
ANA SƏHİFƏ / DÜNYA
17:56 12.12.2019


İsrail Knesseti (parlament) özünü buraxmış və gələn il martın 2-də ikinci təkrar və 11 ay ərzində üçüncü parlament seçkilərinin keçirilməsi haqqında qanunu təsdiqləmişdir. Bu barədə "Röyter” agentliyi xəbər verir.

Dünən hökumət koalisiyasını formalaşdırmaq üçün üçüncü və sonuncu cəhddə deputatlara ayrılmış 21 günlük müddət bitmişdir. Bundan əvvəl "Likud” partiyasının başçısı Binyamin Netanyahu və müxalifətçi "Kaxol-lavan” blokunun rəhbəri Benni Qants növbə ilə 28 gün ərzində hökuməti təşkil etməyə cəhd göstərmişdilər. Lakin bu cəhdlər uğursuz olmuşdur.

Ötən ayın 21-də hazırkı Baş Nazir Netanyahuya qarşı dələduzluq, korrupsiya və dövlətə xəyanət ittihamları irəli sürülmüşdür.

Xatırladaq ki, sentyabrın 17-də keçirilmiş seçkilərdə 120 mandatdan 33-nə yiyələnmiş müxalifət bloku parlamentdə ən güclü siyasi qüvvə olmuşdu. Bunadək hakimiyyətdə olan "Likud” 32 mandatla ikinci yeri tutmuşdu. Lakin partiyaların heç biri və onların müttəfiqləri hökuməti təşkil etmək üçün zəruri olan 61 mandatlıq çoxluğa malik deyil.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM