12 Dekabr 2019 17:38
518
SİYASƏT
A- A+

Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə edilib


Dekabrın 12-də Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan rəsmi səfərinə toxunan A.Qonçaruk bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq. Bu gün Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayan Baş Nazir iqtisadi əlaqələrin daha da artacağına inamını ifadə edib.

Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Baş Nazirin müavini Ə.Əhmədov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq davam edir. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur.

Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video