12 Dekabr 2019 17:07
660
CƏMİYYƏT
A- A+

Cəlil Xəlilov: Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub


Zəngin və mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı zamanın ağır sınaqlarından çıxarıb. Dahi şəxsiyyət böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında ikən Ulu Öndərə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib. Dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.

"Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər Azərbaycan və dünya tarixinin yaddaşında qalacaq. Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində və ölkəmizin dünyada tanınmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi həkk olunub”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video