Alternative content

21:23 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək
Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:24 12.12.2019

Caya dağı (Puncak Jaya İndoneziya dilindən tərcümədə "qələbə” deməkdir) 1623-cü ildə hollandiyalı tədqiqatçı Yan Karsten tərəfindən kəşf olunub. Səyyah günəşli gündə onun zirvəsində buzlaq aşkar edib. Daha çox Karsten piramidası kimi tanınan Caya dağı Yeni Qvineya adasının qərbində yerləşir. Onun zirvəsi Okeaniyanın ən yüksək nöqtəsidir, dağın hündürlüyü 4 884 metrdir.

AZƏRTAC nat-geo.ru saytına istinadla xəbər verir ki, Ohayo ştatı Universitetinin Berd adına Qütb və İqlim Tədqiqatları Mərkəzinin bir qrup alimi Karsten piramidası buzlağını tədqiq edib. Onlar bildiriblər ki, buzlaq artıq 150 ildir ki, əriyir, lakin son illər bu proses dəfələrlə sürətlənib. Ərimənin artmasının əsas səbəbi 2015-2016-cı illərdə El-Ninyo zamanı Sakit okeanın ekvatorial hissəsində yuxarı su təbəqələrinin temperaturunun yüksəlməsidir. Tədqiqatın nəticələrinə görə, ehtimal olunan daha bir güclü El-Ninyo zamanı – 10 ildən sonra buzlaq tamamilə yox olacaq.

Karsten piramidasında buzun əriməsini dəqiq ölçmə işləri 2010-cu ildə başlayıb. Tədqiqatçılar buzlaqda dəlik açaraq oraya trosla birləşdirilmiş boru yerləşdiriblər. 2015-ci ilin noyabrında həmin yerə qayıdan alimlər görüblər ki, trosun uzandığı 5 metrlik buz əriyib – burada hər il 1 metrlik buzlaq yox olub. Amma 2016-cı ilin mayınadək daha 4,26 metrlik buz qatı əriyib. Cəmi altı ay ərzində proses beşillik sürətlə davam edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM