Alternative content

11:00 18 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
01:54 18.01.2020 Dənizdə haqq savaşı
01:44 18.01.2020 Bu teatr ki var...
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncənin iqtisadi potensialı Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb
Gəncənin iqtisadi potensialı Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:19 12.12.2019

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Anım günü ilə əlaqədar olaraq Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının işçiləri, idarə və təşkilatların kollektivləri, tələbə-gənclər və şəhər sakinləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıblar.

Mərasim iştirakçıları Ümummilli Liderin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.

Anım mərasimində iştirak edən ziyalılar, şəhər sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Qeyd olunub ki, Gəncə daim Ulu Öndərin diqqət və qayğısını hiss edib. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Heydər Əliyev Gəncəni ölkənin iqtisadi mərkəzlərindən birinə çevirməklə, şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına şərait yaradıb.

Anım mərasimindən sonra Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin baş meydanında yerləşən Miniatür Kitab Muzeyi və Uşaq Kitabxanasına baş çəkiblər. Burada Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunan fotostendə baxış keçirilib. Məktəblilərin təqdimatında ümummilli lider Heydər Əliyevə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM