Alternative content

16:09 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Sənaye Korporasiyasında Ulu Öndərin əziz xatirəsi anılıb
Azərbaycan Sənaye Korporasiyasında Ulu Öndərin əziz xatirəsi anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:06 12.12.2019

"Azərbaycan Sənaye Korporasiyası” ASC-də ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

İştirakçılar və qonaqlar əvvəlcə korporasiyanın inzibati binasının foyesində Ulu Öndərin büstü önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, korporasiyanın baş direktoru Kamran Nəbizadə Ulu Öndərin dahi şəxslərə məxsus olan mərdlik, cəsarət, səmimiyyət, qətiyyət, müdriklik və yüksək intellekt kimi insani xüsusiyyətləri özündə təcəssüm etdirdiyini deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik lider, praqmatik siyasətçi olmaqla yanaşı, həm də sadə, təvazökar, ədalətli, demokratik prinsiplərə sadiq bir insan idi.

Baş direktor vurğulayıb ki, Azərbaycan xalqının tarixində görkəmli xadimlər sırasında ümummilli lider Heydər Əliyev xüsusi və istisna yer tutur. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmiş yeganə şəxs olan Ulu Öndərin fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etdiyini qeyd edən K.Nəbizadə tariximizin ən çətin anlarında belə, dahi şəxsiyyət Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirərək milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildiyini vurğulayıb.

Tədbirdə çıxış edən iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlılığını və xalqımızın alternativsiz liderinin məhz ümummilli lider Heydər Əliyev olduğunu qeyd edib. Ulu Öndərlə bağlı xatirələrindən danışan professor vurğulayıb ki, ölkəmizə inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyət əslində məhz Azərbaycan üçün dünyaya gəlib, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və daim millətinin, tarixin yaddaşında əbədi yer tutacaq.

Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov tədbirdə bildirib ki, ölkəmizin ən yeni tarixinin bütöv bir qərinəsi, eyni zamanda, 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, eləcə də ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Ulu Öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xalqın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olunub. C.Bəhramov deyib ki, bütöv Azərbaycana doğru gedən yolun başlanğıcı məhz ümummilli lider Heydər Əliyevdir.

Sonda Ulu Öndərin şərəfli həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM