Alternative content

15:22 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV YAP İcra Katibliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
YAP İcra Katibliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
15:02 12.12.2019

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Bu, Heydər Əliyev siyasətinin böyüklüyünün, bu günümüzə və gələcəyə hesablanmasının aydın ifadəsidir. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, siyasi liderliyin mahiyyəti dövlətinin, xalqının milli maraqlarına cavab verən inkişaf yolunu müəyyənləşdirmək, ölkəsinə uğur gətirən, daim yüksəkləri fəth etməsini şərtləndirən siyasəti təmin etməkdir. Təbii ki, bu uğurlara yol açan ideyalardır. Bu ideyalar ölkənin dünəninin, bu gününün, gələcəyinin əsası kimi dəyərləndirilir. "Əbədiyaşar lider” məfhumu da məhz bu kontekstdən yaranır. Necə ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə xatırlanır. O, cismən aramızda olmasa da, onun siyasi xətti siyasi idarəçiliyin, milli quruculuğun nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilib.

S.Novruzov qeyd edib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin 28 ildə 100 ilə bərabər inkişaf yolu keçdiyi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir. YAP icra katibinin müavini deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır. Bu uğurların əsasında isə Ulu Öndərin müəyyənləşdirdiyi siyasət dayanır. Gənclər Heydər Əliyev irsini dərindən öyrənməlidir. Çünki Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsi mühüm rol oynayır.

YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ulu öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Ümummilli lider Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətli idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, ulu öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsil Heydər Əliyevin nəhəng fəaliyyətini, onun zəngin irsini dərindən öyrənərək mənimsəyir.

M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini həmişə yad edir və bundan sonra da edəcək.

Anım mərasimində, həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməhəmməd Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Günel Quliyeva və Bakı Dövlət Universitetinin tələbəsi Kənan Seyfullazadə çıxış edərək Heydər Əliyev siyasətinin uğurları, Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM