12 Dekabr 2019 12:38
1185
Elm və texnika
A- A+

ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb


ADA Universitetində ümummilli lider Heydər Əiyevin xatirəsi anılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə tələbə və müəllim heyəti qarşısında Azərbaycan Respublikası Prezidenti katibliyinin sabiq rəisi, tarix üzrə elmlər doktoru, professor Dilarə Seyidzadə çıxış edib.

Uzun illər xalqımızın ümummilli lideri Heydər Əliyevlə birgə çalışmış Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. O vurğulayıb ki, Heydər Əliyev ictimai xadim kimi fəaliyyətinin hər addımında Azərbaycanın milli maraqlarını və Azərbaycan vətəndaşının rifahını üstün tutub. Onun yüksək insani keyfiyyətləri ictimaiyyətlə görüşlərində, xalqla təmaslarında hər dəfə özünü büruzə verib. Belə epizodlardan birini bölüşən Dilarə Seyidzadə bildirib ki, xüsusilə qaçqın və məcburi köçkün düşən əhalinin vəziyyəti Ulu Öndəri narahat edirdi. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi uğrunda yorulmadan xidmət göstərən Heydər Əliyev beynəlxalq platformalarda ölkənin inkişafının sürətlənməsi istiqamətində gərgin iş aparıb. Dilarə Seyidzadə Ulu Öndərin Azərbaycana nə qədər dərin məhəbbətlə bağlı olduğunu, Vətəni uğrunda dayanmadan çalışmağa hazır olduğunu nümunələrlə diqqətə çatdırıb.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev professor Dilarə Seyidzadəyə gənclər qarşısında bu tarixi irslə bağlı xatirələrini bölüşdüyü üçün minnətdarlığını bildirib.

Anım tədbirinə öz xatirələrini də qatan rektor Hafiz Paşayev Azərbaycanın ABŞ-da ilk səfiri olduğu dövrdə dahi lider Heydər Əliyevi səfərlərdə müşayiət etməsindən danışıb. Bildirib ki, olduqca gərgin iş qrafiki ilə seçilən Ulu Öndərin xarici səfərləri daim dövlət müstəqilliyinin qorunması və Azərbaycanın inkişaf strategiyasına dəstək qazanmağa yönəlib. Hafiz Paşayev Ümummilli Liderin fəaliyyətini əsl diplomatiya məktəbi kimi qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video