12 Dekabr 2019 12:12
513
CƏMİYYƏT
A- A+

Dövlət Sosial Müdafiə Fondunun müraciəti


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Səbail və Yasamal rayonları üzrə pensiya alan və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərlə bağlı elan verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a daxil olan elanda deyilir: "Nəzərinizə çatdırılır ki, vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcəkdir:

1. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər;

2. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxslər, o cümlədən

- Dövlət qulluqçuları;

- Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.);

- Milli Məclisin deputatları;

- MSK-nın və Hesablama Palatasının üzvləri;

- Ədliyyə orqanlarının mülki işləri;

- Məhkəmə hakimləri;

- "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti - 43

Əlaqə nömrəsi: (012) 563-55-46.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video