12 Dekabr 2019 12:04
479
CƏMİYYƏT
A- A+

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunur


Dekabrın 12-də səhər saatlarından başlayaraq insanlar axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anırlar. Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini və ehtiramını nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında müxtəlif təbəqələri təmsil edən, hər yaşda olan insanlar - hərbçilər, dövlət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, təhsil və tibb işçiləri, veteranlar, tələbələr, şagirdlər və başqaları var. Ulu Öndərin Fəxri xiyabandakı məzarını Azərbaycanda fəaliyyət göstərən diplomatlar, paytaxtımızın qonaqları da ziyarət edirlər.

Qədirbilən insanlar Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin xatirəsini daim əziz tuturlar. Azərbaycanın müasir tarixi, keçdiyi inkişaf yolu bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız öz Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Bu gün Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilir. Bu, bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında dinamik inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan yeni-yeni uğurlara imza atır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video