Alternative content

04:29 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məntəqələr seçkilərə tam hazırdır
Məntəqələr seçkilərə tam hazırdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:51 12.12.2019


Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə Salyan rayonunda da hərtərəfli hazırlıq görülüb. 59 saylı Salyan Dairə Seçki Komissiyası üzrə 39 mindən çox seçicini əhatə edən 40 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdə 7 bələdiyyəyə 77 nəfər üzv seçiləcək. 262 nəfər isə öz namizədliyini irəli sürmüşdür.

Namizədlərin 87 nəfəri Yeni Azərbaycan, Böyük Qurtuluş, Ana Vətən, Azərbaycan Sosial Demokrat, Azərbaycan Demokrat Maarifçilik partiyalarından, qalan 175 nəfəri isə öz təşəbbüsləri ilə irəli sürülənlərdir. DSK-nın sədri Səlamət Kərimov dedi ki, məntəqələr seçkilərə tam hazırdır. Onların hamısı lazımi seçki materialları ilə təmin edilmiş, hər bir məntəqə üzrə seçicilərin siyahısı dəqiqləşdirilmiş, onlar xüsusi lövhələrə vurularaq, məntəqələrin giriş hissəsində yerləşdirilmişdir. Hər bir seçki məntəqəsi telefon, alternativ enerji mənbəyi, seyf, ultrabənövşəyi şüa aparatı, daşınan və daşınmaz qutu, habelə digər ləvazimatlarla təchiz edilmişdir. S.Kərimov onu da bildirdi ki, 8 məntəqədə veb-kamera quraşdırılmışdır.

Ən yaşlı seçici 38 saylı Sarvan kənd seçki məntəqəsi üzrə Fikrət Rzayevadır. Onun 103 yaşı var. Digər belə bir seçici Salyan şəhərindəki 5 saylı məntəqədə səs verəcək 101 yaşlı Seyran Səmədzadədir. İlk dəfə səs verənlər isə 1650 nəfərdir. Hər bir məntəqənin qarşısında 2 təşviqat lövhəsi vurulmuşdur. Namizədlərin təşviqat kampaniyasını aparmaları üçün 7 bələdiyyənin hər birində rayon icra hakimiyyəti tərəfindən qapalı və açıq yerlər ayrılmışdır. Dairə üzrə məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri üçün seminar-müşavirələr, izahat və məlumat xarakterli maarifləndirici tədbirlər keçirilmişdir.

Dairənin şəhid Azər Səfərov adına Salyan Şəhər İnternat Məktəbin binasında yerləşən 7 saylı məntəqəsində də olduq. Məntəqə üzrə 1086 nəfər seçici var. Seçicilərin siyahısı məntəqənin girəcəyində ayrılmış yerdə lövhələrdə öz əksini tapmışdır. Məntəqə seçki komissiyasının 6 nəfər üzvü var. Onlardan 2-si Yeni Azərbaycan, 1-i Ana Vətən, 1-i Vəhdət partiyalarının üzvləri, 2-si isə bitərəfdir.

Digər seçki məntəqələrində də hazırlıq işləri başa çatdırılmışdır. Hazırda seçicilərə bildirişlər paylanır.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM