Alternative content

17:39 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsinə dair konfrans
Bakıda rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsinə dair konfrans
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 12.12.2019


Konfrans çərçivəsində Azərbaycan və Koreya statistika komitələri arasında anlaşma memorandumu imzalanıb

Dekabrın 11-də Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Respublikasının Statistika Komitəsinin (KOSTAT) birgə təşkilatçılığı ilə "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Kanq Şin-Uok, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op açılış nitqi ilə çıxış ediblər.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-2019-cu illərdə Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Birinci layihə çərçivəsində Dövlət Statistika Komitəsinin statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib, komitədə 2 ədəd server avadanlığı quraşdırılıb, rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü "Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. İkinci layihə hesabına isə komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 31 yerlik təlim otağı yaradılıb, iqtisadi və sosial statistika sahəsində KOSTAT-ın təcrübəsi ilə tanış olmaq üçün Statistika Komitəsinin 34 əməkdaşına Koreya Respublikasında, 50-dən çox əməkdaşına Azərbaycanda təlimlər keçilib, eyni zamanda, ölkəmiz üçün statistikanın müxtəlif sahələrinə dair modul tipli təlim proqramları hazırlanıb.

Sonra konfransda "Statistikanın modernləşdirilməsi - Koreya təcrübəsi”, "Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərinin təşkili: həyata keçirilmiş islahatlar və yeni çağırışlar”, "Modul tipli statistik təlim proqramları”, "Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi tərəfindən birgə həyata keçirilmiş layihələrin qısa icmalı” mövzularında təqdimatlar dinlənilib.

Konfrans çərçivəsində Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və KOSTAT-ın sədri Kanq Şin-Uok imzalayıblar.

Tədbirdə iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM