Alternative content

21:11 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəlblərdə yaşayan dahi
Qəlblərdə yaşayan dahi
ANA SƏHİFƏ / SİYASƏT
00:41 12.12.2019


Dünyada elə bir xalq tapmaq olmaz ki, tarixin taleyüklü mərhələsində onun həyatında müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Həmin liderlər ümümmilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Yəni belə tarixi şəxsiyyətlərin xidmətləri xalqın yaddaşında əbədi qalır.

Azərbaycan tarixində də müdrik dövlət adamları çox olub. Lakin onlar arasında Ulu Öndər Heydər Əliyev ayrıca və misilsiz mövqe tutur. Çünki tale bu dahi insana Azərbaycanın müstəqilliyini bərpa, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı və o, ömrünün sonuna qədər bu missiyasına sadiq oldu. Müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildi.

Müdrik, qətiyyətli olması ilə bərabər uzaqgörən, cəsarətli lider idi. Həyatını doğma xalqına həsr edən Ulu Öndər bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Xalq da ona inanırdı, güvənirdi və onu çox sevirdi.

Dahi liderin 1993-cü ildə ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyətinin qorxulu həddə çatdığı dövrə təsadüf edirdi. Ulu Öndər Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü və başa düşürdü ki, bu problemlər öz həllini tapmasa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Xalqın qeyrətli oğlu bu problemləri həll etdi, ölkənin müstəqilliyini qorudu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparıldı. Memarı Heydər Əliyev olan müasir Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri keçirilməsi, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan bazanın yaradılması, demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələndi.

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik qabiliyyətinə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirib.

Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Məhz Ulu Öndərin uzaqgörən, düzgün siyasəti nəticəsində ölkəmiz hazırda dünyada sürətlə inkişaf etməkdə olan dövlətlər sırasındadır.

Qarşıdakı illərdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha da qüdrətli olması üçün möhkəm baza, güclü iqtisadi, texnoloji potensial və kifayət qədər maliyyə imkanları mövcuddur.

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə mütləq əminlik yaradır.

Prezident İlham Əliyevin fəaliyyətinin diqqəti çəkən əsas tərəflərindən biri və başlıcası Ulu Öndər tərəfindən yaradılan ictimai-siyasi sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsidir. Bu illər ərzində həm də Azərbaycanın xarici siyasət kursu da milli maraqlar çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri edilməklə uğurla həyata keçirilib. Dövlət başçısının xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, özünün nümayiş etdirdiyi peşəkar siyasi məharət, milli məqsədlər naminə dünyanın ən nüfuzlu tribunalarından diplomatik bacarıqla istifadəsi Azərbaycan dövlətçiliyi və nüfuzu baxımından mühüm əhəmiyyət kəsb edib. Bu gün Azərbaycan xalqı Ümummilli Liderin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir. Məhz buna görə də xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi varisi - praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını mükəmməl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan cənab İlham Əliyevin ətrafında sıx birləşib.

Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir. Uzaqgörən şəxsiyyət "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq!” müdrik kəlamını bu günümüz üçün söyləyibmiş...

Səfalı PAŞAYEV,

YAP Masallı rayon təşkilatının sədr müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM