12 Dekabr 2019 00:40
511
SİYASƏT
A- A+

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya tariximizdə çox böyük əhəmiyyətə malikdir


Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Ankarada anma mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslər, diplomatlar, Azərbaycanı qardaş ölkədə təmsil edən nümayəndələr, Ankarada təhsil alan kursantlarımızdan ibarət heyət əvvəlcə Türkiyə paytaxtındakı Heydər Əliyev Parkında olublar. Ulu Öndərin parkdakı abidəsi önünə əklillər qoyulub, gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Heydər Əliyev adına orta məktəbdə davam edən mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxışlar dinlənilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankaranın Milli Təhsil müdirinin müavini Serkan Topbaş və Heydər Əliyev adına məktəbin müdiri Oktay Kabasakkal çıxışlarında Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, bütün siyasi fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın elm və təhsilinin yüksəlişinə və sosial rifahına, Azərbaycan-Türkiyə dostluq əlaqələrinin dinamik inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya indi olduğu kimi, gələcəkdə də özünə layiqli yer qazanacaqdır.

Natiqlər Azərbaycan xalqının xilaskarı Heydər Əliyev ilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətləri arasında müqayisələr apararaq qeyd ediblər ki, hər iki tarixi şəxsiyyətin həyat amalı öz xalqlarına xidmət olub.

Sonra Heydər Əliyev məktəbinin şagirdləri Ulu Öndərin həmişəyaşar xatirəsinə, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeirlər oxuyublar.

Sonda Ulu Öndəri məktəblilərə daha yaxından tanıtmaq məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən Heydər Əliyev adına məktəbin şagirdləri arasında təşkil olunan şeir, rəsm və inşa müsabiqələrinin qalibləri elan olunub. Səfirliyin Təhsil müşavirliyi tərəfindən qaliblərə mükafatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video