Alternative content

17:37 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “EnterpriseAzerbaijan” portalı
“EnterpriseAzerbaijan” portalı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 12.12.2019


Yeni sərmayə imkanlarının intellektual təqdimatı


Dünyanın müasir iqtisadi xəritəsində Azərbaycan yeni dövlət kimi özünə yer alsa da, bütün istiqamətlərdə aparılan islahatlar, böyük layihələrin reallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi bir çox sahələrdə ölkəmizin irəli çıxmasına imkan yaradır. Nüfuzlu reytinq agentliklərinin hesabatlarında uzun illər Azərbaycanın aparıcı mövqelər tutması ölkəmizə xarici investorların marağının artmasına səbəb olur.

Sahibkarlığın elmi əsaslarla inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, ÜDM istehsalında özəl sektorun payının artması xarici investorların diqqətini cəlb edən mühüm amillərdir. Dövlət başçısı da qeyd edir ki, Azərbaycan investisiya qoyuluşu üçün çox əlverişli ölkəyə çevrilib və növbəti illərdə bu istiqamətdə tədbirlər davam edəcək.

Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən "EnterpriseAzerbaijan.com” internet portalı yaradılmışdır. Bu portalın missiyası hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatları yerli və xarici investorlara təqdim etməkdir. Yeni sistem sürətli və geniş əhatə dairəsi olan bir platforma kimi investorlara bir mərkəzdən davamlı yenilənən, istifadəyə rahat, təhlükəsiz və əlçatan etibarlı mənbədir.

"EnterpriseAzerbaijan” investisiya sahəsində çoxşaxəli xidmətlər paketinə sahib olmaqla yanaşı, dünyanın bir çox məşhur portallarına inteqrasiya oluna bilir, daha geniş kütləyə layihələrin təqdim edilməsinə şərait yaradır. Paralel olaraq isə yerli startapçılara məşhur "Kickstarter” portalı üzərindən dünya maliyyə bazarlarına çıxış imkanları yaradılır. İstənilən növ layihələr üçün "IndieGOGO”, "Onemission”, "Planeta.ru”, sosial və tibbi layihələr üçün "Youcaring”, fərqli texnoloji ideyalar üçün "Crowdsupply”, vençur kapitalist maliyyələşməsi üçün "Crowdfunder”, elmi ideyalar üçün "Experiment”, sosial xarakterli layihələr üçün "Chuffed” ilə birgə əməkdaşlıq üçün portal vasitəsilə danışıqların aparılması mümkündür. Portala yerləşdirilən layihələr kənd təsərrüfatı, sənaye, energetika, tikinti, nəqliyyat-logistika, telekommunikasiya, elm və texnologiya və s. kateqoriyalardan 12 sahəni əhatə edir.

Portalın üstünlüklərindən biri də Azərbaycanda və postsovet məkanında öz məlumat zənginliyi ilə seçilən geoiqtisadi xəritənin yaradılmasıdır. Bu xəritədə nəqliyyat infrastrukturu, sənaye parkları, texnoparklar, biznes inkubatorlar, xidmət sektoru, elm və təhsil müəssisələri, təbii sərvətlər, şirkətlər və s. daxil olmaqla 1200 əsas obyekt, həmçinin inzibati və iqtisadi rayonlar haqqında 3 dildə məlumat yerləşdirilmişdir. Faktiki olaraq dünyanın istənilən yerində bu xəritə ilə tanış olan investor Azərbaycanın əsas iqtisadi parametrləri, yol strukturu, logistika, şirkətlər və rayonların iqtisadi vəziyyəti haqqında vacib məlumatları əldə edir.

"EnterpriseAzerbaijan” portalı yarandığı gündən bəri xarici təcrübənin öyrənilməsini beynəlxalq layihələrlə əməkdaşlığı fəaliyyətinin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlayır. Bu baxımdan Britaniya Şurası (British Council) və İngiltərənin Newcastle Universiteti ilə birgə həyata keçirilən "Kreativ Qığılcım” (Creative Spark) layihəsini portalın ən uğurlu işi kimi nümunə gətirmək olar. Məqsədi gənclər arasında innovativ sahibkarlığı inkişaf etdirmək olan layihə çərçivəsində "Big Idea Challange” adlı ideya və fikir yarışının yekunu kimi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri İngiltərənin Nyukasl (Newcastle) Universitetindəki Biznes Məktəbində təcrübə keçib, təlimlərdə iştirak ediblər. Bundan başqa, Britaniya Şurasının təşəbbüsü ilə tələbə və gənc startapçılar arasında həyata keçirilən yarışmanın qaliblərinə öz ideyalarını reallaşdırmaq üçün pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi təqdim edilib. Ümumilikdə müsabiqəyə 50-dən artıq yerli layihə təqdim olunub və onlardan bir qismi "İdeation” və "Boot Camp”a qatılmaq şansı qazanıb.

2018-ci ilin oktyabr ayının 2-də ictimaiyyətə təqdim olunan "EnterpriseAzerbaijan” internet portalı "EnterpriseEstonia” Sahibkarlığın İnkişafına Yardım Fondu ilə birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İtaliya, Fransa, Rumıniya kimi ölkələrdə təqdim olunub.

Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmış bir sıra yerli və beynəlxalq qurumlarla birlikdə mühüm tədbirlər həyata keçirən portal Vergilər Nazirliyi ilə birgə Azərbaycanın 13 ali təhsil müəssisəsində "Startapa necə başlamalı: iqtisadi və hüquqi əsaslar” adlı təlim layihəsinə start verib. Ümumilikdə 2000-dən artıq tələbə və gənclər portal üzərindən biznesə başlamanın üstünlükləri barədə məlumatlandırılıb. Bu tədbirlərin təşkilindən sonra Azərbaycan universitetlərindən onlarca startapçı tələbə öz layihəsini portala yerləşdirib.

Belə qənaətə gəlmək olar ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "EnterpriseAzerbaijan” portalının əsas hədəfi ölkəmizdə biznes mühitinin daim yaxşılaşdırılması, kreativ və innovativ ideyalı startapçı gənclərimizin dünya səviyyəsində tanınması, onların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, müxtəlif mərhələlərdə onlara mentorluq və mütəxəssis dəstəyinin göstərilməsi, xarici investorlar tərəfindən Azərbaycana kapital axınını artırmağa nail olunmasıdır. Bu istiqamətdə portalın atdığı addımlar diqqətə layiqdir. "EnterpriseAzerbaijan” portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininin investisiya-biznes sahəsində yaratdığı ekosistemin bir parçasıdır. Onun ölkənin intellektual mülkiyyətinə, yeni ideyaların və innovasiyaların işlənilməsinə verdiyi töhfələr diqqətə layiqdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM