Alternative content

20:09 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya idmanı məhşər ayağına çəkildi
Rusiya idmanı məhşər ayağına çəkildi
ANA SƏHİFƏ / DÜNYA
00:21 12.12.2019


Ölkə idmançıları dörd il beynəlxalq yarışlardan kənarda qalacaqlar


Gözlənildiyi kimi, Rusiya idmanı sərt cəza aldı: Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiya idmanını dörd il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırmaq barədə qərar qəbul etmişdir.

Bu o deməkdir ki, rusiyalı idmançılar Olimpiya Oyunlarında, Paralimpiya Oyunlarında, gənclər arasında Olimpiya Oyunlarında və dünya çempionatlarında öz bayrağı altında iştirak etməyəcəklər, ölkə irimiqyaslı beynəlxalq turnirlər təşkil etmək üçün ərizə vermək hüququnu itirir və artıq planlaşdırılmış idman tədbirlərini keçirməkdən imtina etməlidir. Rusiyalı idmançılar dörd il ərzində ölkədə dopinq testindən keçə bilməyəcəklər. Bundan başqa, WADA rusiyalı dövlət qulluqçularının, Rusiya Olimpiya Komitəsi və Rusiya Paralimpiya Komitəsi rəhbərlərinin beynəlxalq yarışlara qatılmağına qadağa qoymuşdur. Üstəlik, Rusiya cərimə cəzası almışdır. Belə ki, Rusiya Antidopinq Agentliyi (RUSADA) 100 min dollar məbləğində cərimələnmiş, Rusiya hökuməti dopinq testlərinin məlumat bazasının tədqiqi ilə bağlı xərcləri (təxminən 2 milyon dollar) ödəməlidir. Həmçinin RUSADA kənar təşkilatlardan və dövlət qurumlarından müstəqilliyini qoruyub saxlamalıdır.

Beləliklə, Rusiya təmsilçiləri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında milli bayraq altında çıxış edə bilməyəcəklər. Dopinqsiz rusiyalı atletlərin sözügedən olimpiadalarda Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirakına icazə verilmişdir. Rusiyalı futbolçular 2022-ci ildə Qətərdə keçiriləcək dünya futbol çempionatına qatılmayacaqlar. Bununla yanaşı, Rusiya 2022-ci ildə kişilər arasında dünya voleybol çempionatını və 2023-cü ildə dünya hokkey çempionatını qəbul edə bilməyəcək. Dünya Şahmat Olimpiadası və Şahmat Paralimpiadasının, həmçinin bir sıra digər beynəlxalq turnirlərin Rusiyada keçirilməsi şübhə altına düşmüşdür.

Əslində Rusiya elə də ağır cəza almamışdır. WADA-nın vitse-prezidenti Linda Helleland Rusiyanın istisnasız olaraq bütün idmançılarını bütün beynəlxalq yarışlardan kənarlaşdırmağı tələb edirdi. Lakin təşkilatın İcraiyyə Komitəsi bu təklifi dəstəkləməyərək belə bir qərara gəldi ki, Rusiya idmançılarının dopinqdə əli olmayan gənc nəslinə beynəlxalq arenada məharətini reallaşdırmaq imkanı vermək lazımdır.

Rusiya idmanının dopinqdə "ilişmə”si çoxdanın söhbətidir. İllər əvvəl WADA rusiyalı idmançıların keçdiyi dopinq testlərinin nəticələrinə şübhə ilə yanaşmağa başlamışdır. Məlum olmuşdu ki, Moskvadakı antidopinq laboratoriyasının məlumat bazası redaktə olunmuş, idmançıları "təmizə çıxarmaq üçün” testlərin nəticələri dəyişdirilmişdir. Bu səbəbdən rusiyalı atletlər ötən il Cənubi Koreyada keçirilmiş qış Olimpiadasında dövlət bayrağı altında çıxış etməkdən məhrum olmuşdular. WADA ekspertlərinin apardığı təhqiqat Rusiyada dopinq testləri saxtakarlığının geniş miqyas aldığını ortaya qoymuşdur. Tədqiqatın gedişində aydın olmuşdur ki, Rusiyanın cari ilin yanvarında Moskva antidopinq laboratoriyasının təqdim edilmiş məlumat bazası əvvəlcədən redaktəyə məruz qalmışdır. Bu bazada rusiyalı idmançıların 2012-ci ilin yanvarından 2015-ci ilin avqustunadək keçdikləri dopinq testlərinin nəticələri barədə məlumatları ehtiva edir. Sübut olunmuşdur ki, 298 rusiyalı atletin (onların 145-i hazırda karyerasını davam etdirir) dopinq testi müsbət nəticə vermişdir, yəni bu atletlər dopinqdən istifadə etmişlər. Rusiya tərəfi iddia etmişdir ki, məlumat bazasında məlumatların dəyişdirilməsi insan səhvi, yaxud kompüter sistemində nasazlıqla əlaqədar baş vermişdir. Lakin WADA bu iddianı qətiyyətlə rədd etmişdir. WADA-nın Təhqiqat Departamentinin direktoru Günter Yanger bildirmişdir ki, "bizim ekspertlər kütləvi saxtalaşdırmanı aşkara çıxarmışlar və bu, kompüterin səhvi ola bilməz: kimsə sistemə daxil olub nəyisə dəyişdirmişdir”. WADA-nın ekspertləri əmindirlər ki, dopinq testlərinin nəticələri Rusiya hakimiyyət orqanlarının birbaşa tapşırığı ilə saxtalaşdırılmışdır. Oxşar bəyanatla RUSADA-nın rəhbəri Yuri Qanus çıxış etmişdir. O təsdiqləmişdir ki, Rusiyada idmançıların minlərlə dopinq testlərinin nəticələri dəyişdirilmişdir. Onun dediyinə görə, saxtalaşdırma hazırda Rusiya hökumətində müxtəlif vəzifələr tutan keçmiş atletlərin, yaxud yüksəkvəzifəli idman məmurlarının ad-sanını qorumaq məqsədilə həyata keçirilmişdir.

Təkzibolunmaz faktlara baxmayaraq, Rusiya hakimiyyət orqanları dopinq qalmaqalını ciddi qəbul etmir. Rəsmilər hesab edirlər ki, WADA-nın qərarı siyasi motivlidir: məqsəd güclü rusiyalı idmançıları siyasi vasitələrlə beynəlxalq turnirlərdən uzaqlaşdırmaqdır. Eyni zamanda Rusiya tərəfi məsələni İdman Arbitraj Məhkəməsinə (CAS) çıxarmaq niyyətindədir. CAS məsələyə baxdıqdan sonra yekun qərar qəbul edəcək. Rusiyanın İdman naziri Pavel Kolobkov hesab edir ki, Rusiyanın məhkəmədə məqsədinə nail olmaq üçün yaxşı imkanı var. RUSADA-nın rəhbəri isə belə bir imkanın olmasına şübhə ilə yanaşır. Onun fikrincə, apelyasiya, sadəcə olaraq, qərarın qüvvəyə minməsini təxirə sala bilər, çünki 2018-ci ilin dekabrında və 2019-cu ilin yanvarında dopinq nümunələri bazasında dəyişikliklər edilməsi sübuta yetirilmişdir. WADA-nın məsul nümayəndəsi Conatan Teylor da eyni fikirdədir. O hesab edir ki, WADA məhkəmə çəkişməsində qələbə qazanacaq. Üstəlik, heç kim əmin deyil ki, CAS qərarını Tokio Olimpiadasından qabaq qəbul edəcək. Qərar Tokio Olimpiya Oyunlarından sonra qəbul olunsa, rusiyalı idmançılar 2024-cü il Paris yay Olimpiadasını da buraxmalı olacaqlar.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM