Alternative content

19:41 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şimali Koreyanın nüvə tərksilahı baş tutacaqmı?
Şimali Koreyanın nüvə tərksilahı baş tutacaqmı?
ANA SƏHİFƏ / DÜNYA
00:21 12.12.2019


ABŞ-KXDR münasibətlərinin gələcəyi sual altındadır


Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi dünyanın aparıcı dövlətlərinin, ilk növbədə, ABŞ və onun Sakit okean regionundakı müttəfiqlərinin diqqət mərkəzindədir. Şimali Koreyanın zaman-zaman həyata keçirdiyi raket sınaqları Vaşinqtonda, Tokioda, Seulda dərhal sərt reaksiya doğurur. KXDR-ə mülayim münasibəti ilə seçilən Rusiya və Çin isə hadisələrin gedişini müşahidə etməklə kifayətlənir, Pxenyanın hərəkətlərində elə bir təhlükə görmür.

Yarımadanın nüvəsizləşdirilməsi naminə ABŞ Prezidenti Donald Tramp bir sıra addımlar atmış, KXDR Dövlət Şurasının sədri Kim Çen İn ilə iki dəfə bir araya gələrək qarşılıqlı münasibətləri yaxşılaşdırmağa çalışmışdır. Tramp KXDR-in silahlanma proqramını dayandırması müqabilində Pxenyana müəyyən güzəştlər təklif etmişdi. Liderlərin xoş niyyətli bəyanatları belə bir təəssürat yaratmışdı ki, ABŞ-KXDR əlaqələrinin normal məcraya yönəlməsi sırf zaman məsələsidir.

Lakin hələ də ortada hansısa nəticə yoxdur. ABŞ Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları yüngülləşdirmək barədə düşünmür, KXDR isə silahlanma proqramına son qoymaq fikrində deyil. Başqa sözlə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində hər hansı irəliləyişdən söhbət açmaq lazım gəlmir. ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etmək üçün sonuncu dəfə bu il oktyabrın 5-də Stokholmda bir araya gəlmişdilər. Amma dialoq qurmaq mümkün olmamışdır. O vaxt KXDR nümayəndə heyətinin başçısı Kim Mön Gil məsləhətləşmələrin uğursuz olduğunu bildirmiş və Amerika tərəfini mövqeyinə yenidən baxmağa çağırmışdı. Nə qədər qəribə olsa da, ABŞ Dövlət Departamenti bu qiymətlə razılaşmamış və görüşün konstruktiv keçdiyini bəyan etmişdir.

Ötən həftə Şimali Koreya Soxe poliqonunda "çox vacib” sınaqların uğurla keçirildiyini elan etmişdir. Əvvəllər Soxe poliqonundan kosmik raketlərin startı və raket mühərriklərinin sınağı üçün istifadə olunurdu.

Son günlər tərəflər bir-birinə qarşı sərt bəyanatlarla çıxış edirlər. Bu baxımdan KXDR-in BMT yanında daimi nümayəndəsi Kim Sonun bəyanatı diqqəti xüsusilə cəlb edir. O bildirmişdir ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi daha gündəlikdə deyil. Bundan əvvəl Şimali Koreyanın Xarici İşlər naziri Li Yön Xo ABŞ-la aparılmış danışıqların effektivliyinə şübhə ilə yanaşmışdı. Onun fikrincə, ABŞ lideri KXDR rəhbəri ilə görüşlərindən daxili siyasi məqsədlərə nail olmaq üçün istifadə edir.

Öz növbəsində ABŞ Prezidenti Donald Tramp KXDR Dövlət Şurasının sədri Kim Çen İni nüvə tərksilahı məsələsində təxribatlar törətmək barədə xəbərdarlıq etmişdir. Ağ evin başçısı qeyd etmişdir ki, "Şimali Koreya lideri düşmənçilik etsə, hər şeyi itirə bilər. Asiya ölkəsinin çox böyük iqtisadi potensialı var, lakin o, vəd verdiyi kimi, nüvə silahından azad olmalıdır”.

Trampın dediyinə görə, NATO, Çin, Rusiya, Yaponiya və bütün dünya bu məsələdə yekdildir. ABŞ lideri əlavə etmişdir ki, Kim Çen İn ABŞ Prezidenti ilə xüsusi münasibətlərini korlamaq, yaxud 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istəmir.

Pxenyan Trampın bu müraciətini tənqid etmişdir. Mərkəzi Teleqraf Agentliyinin KXDR-in yüksəkvəzifəli nümayəndəsi Kim Yon Çxolun adından yaydığı bəyanatda deyilir ki, ABŞ Prezidenti yersiz və təhlükəli çıxışlarını davam etdirsə, Şimali Koreya lideri ona münasibətini dəyişdirə bilər. Ağ evin başçısını "səbrsiz qoca” adlandıran Kim Yon Çxol bildirmişdir ki, "artıq bizim itiriləsi heç nəyimiz yoxdur”.

Görünür, ABŞ və KXDR arasında dialoq potensialı tükənmək üzrədir. Belə bir şəraitdə ikitərəfli əlaqələrin xoş gələcəyindən danışmaq yersizdir. ABŞ Şimali Koreyaya münasibətdə son sözünü hələ deməyib. Yalnız onda hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən danışmaq mümkün olacaq.

A.MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM