Alternative content

20:48 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
19:34 05.08.2020 Beyrut - fəlakət zonası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlləri soyudan, ürəkləri isidən “Qış nağılı”
Əlləri soyudan, ürəkləri isidən “Qış nağılı”
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:18 12.12.2019


"Biri vardı, biri yoxdu...” Hələ uşaqlıqdan eşidən kimi həyəcanlandığımız, ardını səbirsizliklə dinlədiyimiz doğma, məhrəm, şirin başlanğıc... Bu dörd sözün ardını dinlədikcə bəzən özümüzü nağıl qəhrəmanlarına bənzədər, bəzən o aləmə xəyali səyahət edər, bəzən özümüz üçün nağıl qəhrəmanları uydurar, bəzən də nağıllı dünyanı gerçək bilərdik... Bu gün bəlkə də çoxumuz nağıl dünyasından qopmamışıq hələ də. O nağıllara inanmasaq belə...

İndi sizə gerçək bir nağıldan danışacam - soyuq havada əlləri üşüdən, ürəkləri isidən "Qış nağılı”ndan. Amma o nağılı dinləmək yox, görmək, yaşamaq gərəkdir. O nağıl aləminə düşmək, orda gəzmək lazımdır. Bəzi uşaqların xəyallarındakı nağılları gerçək etmək üçün...

Bu nağıl dünyasına düşmək üçün də çox uzağa getmək lazım deyil. Yolunuzu Fəvvarələr meydanından salsanız, özünüzü sehirli aləmə düşmüş kimi hiss edəcəksiniz. Yəqin ki, söhbətin "Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən "Soyuq əllər, isti ürək: Qış nağılı” xeyriyyə yarmarkasından getdiyini anladınız. Artıq 7 ildir ki, "Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havası və sehirli əhvali-ruhiyyə bəxş edir.


Vazkeçilməz əyləncə ünvanı...


Taxta çəpərlə əhatələnmiş, rəngarəng bayraq və işıqlarla, aksesuarlarla bəzədilmiş bu kiçik şəhərcikdə sizi Şaxta baba, müxtəlif nağıl qəhrəmanları şən əhvalla, gülər üzlə qarşılayır. İçəri daxil olan kimi gördüyü mənzərədən adamın əhvalı yüksəlir. Kənarlarda sıra ilə quraşdırılmış balaca taxta köşklər nağıllardan eşitdiyimiz evcikləri xatırladır. Bu evciklərdə doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, yarmarkada yerləşən kiçik kafelərdə şokolad, bir fincan isti çay və ya qəhvə içə, təamları və şirniyyatları dada bilərsiniz.

Havanın soyuq olmasına baxmayaraq, yarmarkaya hər gün xeyli sayda insan gəlir. Həftəarası işdən sonra və şənbə-bazar günləri isə burada necə deyərlər, iynə atsan, yerə düşməz. Şəhərin mərkəzinə gəzməyə çıxan hər kəs bu sevimli məkana mütləq baş çəkir. Çoxlarının vazkeçilməz əyləncə ünvanı olub "Soyuq əllər, isti ürək”... Amma ziyarətçilərin sayı nə qədər çox olsa da, təhlükəsizlik də bir o qədər güclü təmin edilir, asayişə ciddi nəzarət olunur.

Bu məkan turistlər üçün də çox maraqlıdır. İrandan gələn Zöhrab İmamxani deyir ki, artıq ikinci ildir ailəsi ilə birlikdə qış fəslində Bakıya gəzməyə gəlir: "Azərbaycanı çox sevirik, burdan xeyli məmnunuq. Düzdür, Bakı küləklər şəhəri olduğu üçün bəzən burda hava daha soyuq olur. Amma bu şəhərdə Yeni il ab-havası insanda isti ovqat yaradır. Şəhəri gözəl bəzəyirlər. Keçən il də olduğum bu yarmarka həm uşaqlarıma, həm də bizə xoş təsir bağışlayır. Burada həm əylənir, həm də Azərbaycanın milli təamlarını dadırıq. İnşallah, bu, bizim ailə ənənəmizə çevrilər, hər il Bakıya gələr, "Soyuq əllər, isti ürək” yarmarkasında gəzərik”.


"Transformers” qəhrəmanı, selfi çəkən güzgü...


Yarmarkada böyüklü, kiçikli hər kəsin marağını, diqqətini çəkəcək əyləncələr var. Məsələn, uşaqların sevimli "Transformers” filminin qəhrəmanlarından biri olan Bamblbi ilə görüşüb rəqs etmələri, şəkil çəkdirmələri onlar üçün unudulmaz xatirə olacaq. Eləcə də müxtəlif oyunlar oynaya, nağıl qəhrəmanları ilə görüşə, əylənə, gözəl bir gün keçirə biləcəklər.

Əyləncə yalnız uşaqlar üçün deyil axı. Burada böyüklər də əylənməkdə uşaqlardan geri qalmırlar. Gənc qızlar və oğlanlar, orta yaşlı insanlar, turistlər yarmarkada qurulmuş Yeni il, Qar adamı maketləri, yolka ağacı qarşısında fotolar çəkdirirlər. Foto çəkdirmək ödənişsizdir. Meydana qoyulan avtomobilin qarşısında şəkil çəkdirmək üçün növbə yaranır. Yeni ilin simvolu olan yolka ilə şəkil çəkdirmək üçün insanlar sıraya düzülürlər. Burada xüsusi foto köşkü də var. Gənc cütlük Sevinclə Tural da içərisi Yeni il elementləri ilə bəzədilmiş evciyə daxil olaraq Şaxta baba və Qar qızla şəkil çəkdirib, 2019-cu ilin son günlərini tarixin, kameranın yaddaşına köçürürlər.

Ən diqqətçəkən əyləncələrdən biri selfi güzgüsüdür. Selfi həvəskarları mobil telefon və ya fotoaparatdan istifadə etmədən güzgünün köməyilə şəkillərini çəkə bilərlər. Güzgünün qarşısında dayanıb, əlinizi ona toxundurmaqla şəkliniz çəkiləcək və sizin e-mail ünvanınıza göndəriləcək.


Xeyirxah missiya...


Yarmarkada milli mətbəximizlə yanaşı, "fast food”, "balık-ekmek”, dönər, "çiy köftə”, "pancake” kimi xarici təamları da dadmaq mümkündür. Eləcə də kiçik, rahat kafelərdə çay, kofe, digər isti və ya soyuq içkilərdən içə bilərsiniz. Yarmarkanın ərazisində stol və stullar yerləşdirilib. Kimlərsə aldığı təamı orda əyləşib yeyə, söhbət edə bilərlər. Yarmarkaya gələn uşaqların ən çox sevdiyi isə "xırta-xırt” kartof çipsləridir.

Analarının əlindən tutan Turxan və Zərifə səbirsizliklə çips növbəsi gözləyirlər. Bu müddətdə biz Aybəniz xanımla söhbətləşirik. Deyir ki, uşaqlar ən çox "Transformers” qəhrəmanını görəndə sevindilər, onunla şəkillər çəkdirdilər: "Hətta istəyirdilər ki, onu evimizə qonaq aparsınlar... Bir də bu "xırta-xırt” kartof qızartmasını çox sevirlər. Biz demək olar ki, hər il bu yarmarkaya gəlirik. Həm uşaqlar əylənir, həm özüm hər il yenilənən köşklərə tamaşa edirəm, satılan suvenirlərdən alıram. Əsas olan bu yarmarkanın məramıdır. Onsuz da burda satılanlardan hər yerdə əldə edə bilirik. Yarmarkada satılan qidaların qiyməti şəhərin mərkəzindəki kafelərdə olan qiymətlərlə demək olar ki, eynidir. Məbləğdə ciddi fərq yoxdusa, onda niyə burdan almayaq? Axı bu, xeyriyyə yarmarkasıdır. Bu baxımdan insanlar yarmarkadan alış-veriş edib ehtiyacı olan şəxslərə faydalı ola bilərlər. Burdan əldə olunan gəlirin xeyirxah missiya daşıdığını, köməyə ehtiyacı olan uşaqlara yönəldiyini bildiyim üçün mən də əlimdən gələn kiçik köməyi əsirgəməməyə çalışıram”.


Uşaqların xəyallarındakı nağılları gerçəkləşdirək


Bildirək ki, tədbirin yüksək səviyyədə keçirilməsində "Nargis” Fonduna baş sponsorlar qismində, eləcə də rəsmi tərəfdaş kimi dövlət və özəl təşkilatlar dəstək göstərir.

Ənənəyə sadiq qalaraq, yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. "Nargis” Fondu yarmarkanın sponsorları ilə birgə əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə kömək göstərəcək.

Xeyriyyə fondu 2012-ci ildə "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilib. "Nargis” fondu tərəfindən 2019-cu ildən etibarən eyni prinsiplər davam etdirilir, Novruz bayramına həsr olunan "Torpaq əlimdə, bahar ürəyimdə” yaz xeyriyyə yarmarkası təşkil edilir.

"Soyuq əllər, isti ürək: Qış nağılı” xeyriyyə yarmarkası yanvarın 13-dək hər gün səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Siz də bu nağıllar aləminə səyahət edin və müalicəyə ehtiyacı olan uşaqların xəyallarındakı nağılların gerçəkləşməsinə kömək edin.

Xəyalə MURADLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM