11 Dekabr 2019 21:15
405
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsində müşavirə keçirilib

Dekabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, 2019-cu il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin olub. Dini sahə ilə bağlı ilin ən mühüm hadisəsi noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi olub. O, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı zirvə görüşünün dinlərarası dialoqun möhkəmləndirilməsinə, mədəni əməkdaşlığa yaxşı imkanlar açdığını vurğulayıb. M.Qurbanlı belə mötəbər tədbirin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olmasına təsadüf etməsini İslami dəyərlərimizə və din xadimlərinə dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndirib. Prezident İlham Əliyevin Sammitdəki çıxışında din sahəsindəki bütün məsələlərin, qarşıda duran vəzifələrin öz əksini tapdığını deyən DQİDK sədri il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək, qoruyub-saxlamaq, həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin əsasən 2 istiqamətdə - din pərdəsi adı altında yad dini baxışların yayılmasının qarşısının alınması və xurafata, cəhalətə qarşı sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirdiyini bildirib. Cəmiyyətin bütün təbəqələrini əhatə edən tədbirlərin müxtəlif idarə və müəssisələr, məktəblər, ali təhsil müəssisələri, hərbi hissələr, cəzaçəkmə müəssisələrində reallaşdırıldığını diqqətə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, sözügedən tədbirlər cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların ölkəmizə ixracına cəhdlər barədə məlumatlandırılmasında və maarifləndirilməsində xüsusi önəmə malikdir. Komitə sədri növbəti ildə də bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu və bunun Dövlət Komitəsinin 2020-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planında öz əksini tapdığını bildirib.

Sonda Dövlət Komitəsinin 2020-ci il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video