11 Dekabr 2019 20:57
363
SİYASƏT
A- A+

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib



Dekabrın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2019-cu tədris ilində Azərbaycan Ordusunun hazırlığının yekunlarına dair Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari il ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2019-cu ildə xidməti döyüş hazırlığının yekunları və 2020-ci tədris ilində qarşıda duran əsas vəzifələrdən danışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.

General-polkovnik Z.Həsənov cari ildə həyata keçirilən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2020-ci ildə icra olunacaq fəaliyyətlərlə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.

Müdafiə nazirinin əmrinə əsasən 2019-cu tədris ilində Azərbaycan Ordusunun qarşıda qoyulmuş tapşırıqların yerinə yetirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, həmçinin hərbi intizamın möhkəmləndirilməsində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video