11 Dekabr 2019 16:15
576
CƏMİYYƏT
A- A+

Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı dekabrın 11-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, diplomata ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb,

Azərbaycan-Qətər arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin önəminə toxunan Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verərək, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi üzrə ölkəmizdə son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini icmalara hərtərəfli dəstək verilir. Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılmasının prioritet olması, tolerantlıq, multikulturalizm ideyalarına sadiqliyimiz, nəticə etibarilə Azərbaycanın beynəlxalq miqyasda nümunəvi məkana çevrilməsini şərtləndirir.Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ötən ay ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Sammitinin önəminə toxunaraq Azərbaycanın bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkə kimi tanındığını vurğulayıb. Dost xalqların oxşar dəyərlərə sahib olduğunu bildirən səfir ölkələrimizdə multikultural və tolerant ənənələrin, harmonik münasibətlərin mövcud olduğunu bildirib.

Dini sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video