11 Dekabr 2019 16:04
585
DÜNYA
A- A+

Avropa Komissiyası Ermənistanda aviasiya uçuşlarına nəzarəti xüsusi müşahidə altına alıb


Avropa Komissiyası Ermənistanda aviasiya uçuşlarına nəzarəti xüsusi müşahidə altına alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat komissiyanın Avropa İttifaqının (Aİ) hava məkanında uçuş təhlükəsizliyinə dair yeni siyahısında yer alıb. Aİ hava məkanında uçuşu qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin yer aldığı siyahıda, həmçinin müxtəlif ölkələrin aviasiya təhlükəsizliyi standartlarına nə dərəcədə cavab verməsi diqqət mərkəzində saxlanılıb. Məlumatda qeyd edilir ki, Ermənistanın uçuşlara nəzarət sistemində təhlükəsizlik şərtlərinə yetərincə riayət olunmaması və bu sahədə vəziyyətin pisləşməsi bu ölkədən olan uçuşlara xüsusi diqqət ayrılmasını tələb edir.

Qeyd edilməlidir ki, bu həftə qəbul edilən qərarla dünyanın müxtəlif ölkələrindən 115 aviaşirkətə Aİ hava məkanında uçuşlar həyata keçirmək qadağan edilib. Aİ-yə üzv ölkələrin hava nəqliyyatı ekspertlərinin rəyi əsasında və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə hazırlanmış siyahı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına cavab verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video