11 Dekabr 2019 13:21
427
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib


İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sosial inkişaf üzrə ilk Nazirlər Konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İƏT-ə üzv dövlətlərdən 30-dan çox dövlətin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi konfransın plenar iclasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək İƏT-in sosial inkişaf üzrə ilk Nazirlər Konfransının əhəmiyyətini vurğulayıb. O, İƏT-ə həmin tədbirin təşkilində və təşkilata üzv olan dövlətlərə tədbirdə nümayəndələri ilə təmsil edildiklərinə görə minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransın məqsədi İƏT-ə üzv dövlətlərlə və tərəfdaş qurumlarla ailələrin, uşaqların rifahının, yaşlıların, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini, bu sahədə əldə edilən irəliləyişləri, o cümlədən müsəlman dünyasında sosial inkişafın qarşısında duran əsas maneələri və çətinlikləri müzakirə etməkdən ibarət olub.

M.Kərimli konfransda çıxış edərək, İƏT-in üzv ölkələrdə sosial inkişaf üçün vacib məsələlərin həll yollarının müzakirəsi, bu konteksdə fəal təcrübə və məlumat mübadilələri üçün faydalı platforma olan belə tədbirləri təşkil etməsinin xüsusi əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizdə sosial inkişafa nail olunması istiqamətində mühüm irəliləyişlər, Azərbaycanda aparılan sosial islahatlar və ölkəmizin sosial sahədə innovativ yenilikləri barədə məlumat verib.

Nazir müavini İslam dəyərlərinin təbliğinə, dünyada İslam həmrəyliyinin güclənməsinə dəyərli töhfələr verən Azərbaycanın İƏT-lə, İSESKO ilə uğurlu əməkdaşlığını qeyd edib. M.Kərimli Prezident İlham Əliyevin İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənən təklifi əsasında İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin təşkilata üzv dövlətlərin əməkdaşlığın genişlənməsində fəal və müstəsna rol oynayacağını vurğulayıb.

Tədbirdə İƏT-ə üzv dövlətlər üçün sosial sahədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Konfransın yekunlarına dair İstanbul Bəyannaməsi qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video