Alternative content

23:08 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
11:48 11.12.2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclası AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilati məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb.

AMEA-nın akademik-katibi, müxbir üzvü Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamı ilə Komissiyanın yaradıldığını və hazırlanmış təkliflərin akademik Ramiz Mehdiyevə təqdim edildiyini söyləyib. Əminağa Sadıqov Strateji Elmi Tədqiqatlar Mərkəzinin fəaliyyətinə dair Rəyasət Heyətinin qəbul etdiyi qərarları iclas iştirakçılarının diqqətinə çatdırıb.

AMEA-nın akademik-katibi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatının inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin fəaliyyət istiqamətinə də öz təsirini göstərib və şöbənin adında dəyişiklik edilməsi zərurətini meydana çıxarıb.

Sonra iclasda AMEA-nın Folklor və Şərqşünaslıq institutlarının strukturlarında qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib, bu qurumlarda yeni şöbələrin yaradılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Daha sonra AMEA-nın müxbir üzvləri Məsumə Məlikovanın 90, Hacıfəxrəddin Səfərlinin 70, eləcə də Əlişir Musayevin 70 illik yubileyləri ilə əlaqədar alimlərin AMEA-nın fəxri fərmanları ilə təltif edilmələrinə dair qərarlar qəbul edilib.

İclasda, həmçinin "AMEA-nın professoru” adı ilə bağlı məsələyə yenidən baxılaraq müvafiq qərar qəbul olunub.

Bundan başqa, tədbirdə AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC-nin strukturu və ştat cədvəli ilə bağlı müzakirələr aparılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM