Alternative content

00:06 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İngilislərin Bakıdakı monitorinqləri davam edir
İngilislərin Bakıdakı monitorinqləri davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:09 11.12.2019


Bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.

Görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində bu sahədə keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilrb. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Nik Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

Bildirildi ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Onların bu gəlişi də nəticələri araşdırmaq, növbəti mərhələyə hazırlıq məqsədi daşıyır. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.

Mott MacDonald şirkətinın nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirilməsini qeyd etdi və yaxın vaxtlatda digər rayonların da bu layihəyə qoşulacağını bildirdi.

Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov bildirmişdir ki, əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. İyul ayından bugünə kimi artıq 10 monitorinq keçirilmiş və hər dəfə müsbət irəliləyişlər qeydə alınmışdır. Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun - Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.

Bildirildi ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir və bizim layihə onun tərkib hissəsidir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, həm ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM