Alternative content

00:37 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:24 26.01.2020 Atəşin evi
00:23 26.01.2020 Mavi ölüm
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Dünya duracaq yer deyil, ey can, səfər eylə!
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 11.12.2019


Dünya duracaq yer deyil, ey can, səfər eylə!


Dünya duracaq yer deyil, ey can, səfər eylə!

Aldanma anın alına, andan həzər eylə!

Bir halə qərar eyləməz əyyam, keçər ömr,

Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!

Payəndə degil dövləti, ey xacə, cahanın,

Əsbabinə aldanma, gəl andan güzər eylə!

Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl

Can ilə cahan ortaya qoy, tərki-sər eylə!

Düşdü saçının zülmətinə könlüm, ilahi,

Şol hali pərişanə bu şami səhər eylə!

Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət,

Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə!

Gər Musiyi-Imran kimi şol narə sataşdı,

Gəl, tabişini göstərü şərhi-şəcər eylə!

Dünya evinin səltənəti beş gün imiş çün,

Bünyadını yıx, ər kimi, zirü zəbər eylə!

Şol püstədəhanın xəbərin bildi Nəsimi,

Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə!


Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək

Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək,

Gərçi yolunda aşiqin canü dili suzan gərək.

Düşdüm yenə eşq oduna, büryan yürək, giryan gözüm,

Hər kim ki, düşdü eşqinə, büryanü həm giryan gərək.

Sun saqiya, kasən rəhiq, çal mütriba, eşq əzgüsün

Kim, məst olan bu badədən qəltanü həm heyran gərək.

Qalu bəladə can sana qılmışdı iqrar, ey sənəm,

Imdi aramızda bizim şol əhdü şol peyman gərək.

Şövqən tərani sirrini mən söyləyəydim, neyləyim,

Məhrəm bu Turin sirinə Musa ibn Imran gərək.

Hər kim vücudu şəhrini gəzdivü gördü şəhnəsiz,

Yarğu anındır, ey sənəm, ol sahibi-divan gərək.

Könlüm quşu əsfəldədir, vəqt oldu pərvaz eyləyə,

Simurği-qafə qürb olan ərş üstünə cövlan gərək.

Mən qul olanın quluyam, altun olanın puluyam,

Hər kim bu yolda quldürür aləmdə ol sultan gərək.

Görsət üzünü bir kərə, ta kim, Nəsimi can verə,

Çün eydi-əkbərdir üzü, yüz can ona qurban gərək.


Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən?

Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən?

Uşbu süfati-hüsnilə cani-cahanmısan, nəsən?

Ərşilə fərşü kafü nun səndədir, ey mələk, bu gün,

Kimsə bu sirrə irmədi, şərhü bəyanmısan, nəsən?

Kövnü məkana baxmazam, çün səni buldum, ey sənəm,

Iki cahan içində sən kövnü məkanmısan, nəsən?

Musa kimi didarını gördü əzəldə gözlərim,

Yaxma məni bu narə gəl, şəm'i-zəbanmısan, nəsən?

Dəhri-zaman içində heç bulmadı kimsə bir dəxi

Sənciləyin, bu lütf ilə dəhri-zamanmısan, nəsən?

Səndə bulundu, gövhərin mə'dəni sənsən, ey sənəm,

Uşbu cahan içində sən gənci-nihanmısan, nəsən?

Qaşların ilə kirpigin qəsd edər üştə canıma,

Bağrımı dəldi navəkin, tirü kamanmısan, nəsən?

Boyunu tubaya sənin nisbət edən nə dil ola,

Uşbu qərar ilə əcəb, sərvi-rəvanmısan, nəsən?

Düşdü Nəsimi eşqinə, sayruvü xəstə neyləsin,

Kəndi həyatı kəndidən cismi-rəvanmısan, nəsən?


Bu can pərvanədir, yanır camalın şəmi tabından

Bu can pərvanədir, yanır camalın şəmi tabından,

Könül darülqərar oldu pərişan zülfü tabından.

Həyatı Xızr ilə Isa bilir, arif necə buldu,

Rümuzi-eşq ilə irdi dodağın eyni-abından.

Əcəb cimi, səadətdir kimə kim, pərdə rəf oldu,

Dü aləm doldu şövqündən, günəş çıxdı hicabından.

Münəccim, zahid inanmaz ki, sənsən əhsəni-təqvim,

Əzəldən ta əbəd oldu əyan hüsnün kitabından.

Üzün nuru şol atəşdir kim, anı bilmədi zahid,

Şəcərdən Musaya inni-inəllahdır xitabından.

Susuz, həm ac, yuxusuz bəriyyə çəkdirir hüsnün,

Girəm Beytül-həram içrə, qılam ta səcdə babından.

Məni şol müddəi sanır irağam yə'ni tapundan,

Zəhi cahil ki, qəflətdən oyanmaz qaldı xabından.

Nəsimi necə vəsf etsin ki, hüsnün binəhayətdir,

Tutuldu dili əflakın, sual etdim, cavabından.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM