Alternative content

00:23 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İmadəddin Nəsimi dünya dillərində
İmadəddin Nəsimi dünya dillərində
ANA SƏHİFƏ / Mədəniyyət
01:05 11.12.2019


TÜRKSOY da böyük Azərbaycan şairinin anadan olmasının 650-ci ildönümü şərəfinə 2019-cu ili "Nəsimini anma ili” elan edib.

Bu nüfuzlu beynəlxalq mədəniyyət təşkilatı şairin qəzəllərini 15 dildə (Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna) Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. "İmadəddin Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Yeni nəşrin tərtibçisi və redaktoru olan Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı kitabın tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb edib. Ön sözün müəllifi AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov kitaba yazdığı təqdimatında təşkilat tərəfindən 2010-cu ildən etibarən hər ilin türk dünyasının tanınmış simalarından biri ilə bağlı olduğunu diqqətə çatdırır. O, bu sırada İmadəddin Nəsiminin xüsusi yeri olduğunu vurğulayaraq yazır: "Şərqin hər üç ədəbi dilində əsərlər yazan bu qüdrətli şair qələmə aldığı bənzərsiz qəzəlləri ilə daha çox tanınmaqdadır. Yaradıcılığındakı səmimiyyət, humanizm, həyatın gözəlliklərindən zövq almaq, şeirlərində ifadə etdiyi fəlsəfi düşüncə onu dünya ədəbiyyatının ən görkəmli, mütərəqqi adamları ilə yaxınlaşdırır və böyük mütəfəkkirin dünyagörüşünün universal miqyasını göstərir. Böyük şairin nəsihətləri və təlimləri sadəcə türk dünyası üçün deyil, bütün insanlığın yol göstəricisidir”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM