Alternative content

23:53 25 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Stokholmda 2019-cu il üzrə Nobel mükafatları təqdim edilib
Stokholmda 2019-cu il üzrə Nobel mükafatları təqdim edilib
ANA SƏHİFƏ / DÜNYA
23:24 10.12.2019

Dekabrın 10-da İsveçin paytaxtında Nobel mükafatlarının təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim hər il olduğu kimi, bu dəfə də 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə baş tutub. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.

Stokholmda keçirilən mərasimdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara mükafatlar İsveç Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub.

Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı yaradılıb. Sonda Nobel mükafatı laureatları və qonaqları üçün rəsmi bayram ziyafəti təşkil edilib.

Xatırladaq ki, fizika sahəsində 2019-cu ilin Nobel mükafatına Ceyms Pibls, Mişel Meyir və Didier Kelo layiq görülüb.

Kimya üzrə mükafat müvafiq olaraq, amerikalı Con Qudinafa və onun iki həmkarına - britaniyalı M.Stənli Uittinqemə və yaponiyalı Akira Yoşinoya verilib.

Fiziologiya və təbabət sahəsi üzrə mükafatlara amerikalılar Uilyam Kelin, Qreqq L.Semenza və britaniyalı Peter Retkliff layiq görülüblər.

Builki mərasim onunla fərqlənib ki, ədəbiyyat sahəsində mükafatlar laureatlara həm 2018-ci, həm də 2019-cu illər üzrə təqdim edilib. Belə ki, 2018-ci il Nobel mükafatı polşalı yazıçı Olqa Tokarçuka, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handkeye verilib.

İqtisadiyyat üzrə mükafata Hindistan əsilli amerikalı Abirjit Banerji, fransız əsilli amerikalı Ester Düflo və digər amerikalı Maykl Kremer layiq görülüblər.

Hər nominasiya üzrə pul mükafatının həcmi 9 milyon kron (təxminən 944 min ABŞ dolları) təşkil edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM