Alternative content

19:44 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yer kürəsinin 10 kristallik-aynalı məkanı
Yer kürəsinin 10 kristallik-aynalı məkanı
ANA SƏHİFƏ / Mədəniyyət
23:12 10.12.2019

Kristalların və güzgülərin öz parlaqlığı ilə daim insanları ovsunlayan bir ecazı var. AZƏRTAC "basetop.ru”ya istinadla Yer kürəsinin 10 kristallik-aynalı məkanını oxuculara təqdim edir.

10. Aynalı göl, Rusiya

Leninqrad vilayətinin Vıborq rayonunda yerləşən bu gölün səthində onu əhatə edən bitkilər, heyvanlar və hətta buludlar, demək olar, ideal şəkildə əks olunur. Dərinliyi 49 metrə çatan göl durnabalığının, suf və xanı balıqlarının məskənidir.

Gölün sahilində istirahət bazası yerləşir. Əfsanəyə görə, göldə yerləşən iki adadan birində insan məskunlaşıb və o, özünə yeraltı mənzil yaradıb. Mənzilə giriş isə buzlaq dövrünə aid böyük qaya parçasının altında yerləşir.

9. Parlaq təpələr və ya Şüşəli dağlar, ABŞ

Oklahomanın şimal-qərbində Parlaq təpələrin yamacları bolluca selenit kristalları ilə örtülüb. Sanki gözəgörünməz bir qüvvə nəhəng şüşənin parçalarını ətrafa səpələyib və indi bu parçalar bərq vuraraq, günəş işığını əks etdirir.

ABŞ-ın Kaliforniya, Oreqon, Yuta və s. ştatlarında da buna bənzər dağlara təsadüf olunur.

8. Beş rəngli göl, Çin

Sıçuan əyalətində yerləşən göl ən gözəl yerli məkanlardan biridir. Gölün suyu kalsium karbonatla, habelə birlikdə rəng müxtəlifliyi effekti yaradan hidrofitlərlə zəngindir.

Qədim ağacların dumduru gölün dibində, beşmetrlik dərinlikdə yerləşən gövdələri tünd yaşıl rəngində naxışlar əmələ gətirir. Bu naxışlar intensiv lacivərdi göy, qaramtıl yaşıl, açıq sarı rəng çalarları arasından süzülərək suyun səthinə çıxır.

7. Kristallar mağarası, Meksika

Dünyada adlarında "kristallik” sözünə təsadüf olunan bir neçə mağara var. Lakin Meksikanın Nayka şəhəri ətrafında yerləşən Kristallar mağarası, yaxud nəhəng kristallik mağara onlar arasında xüsusi yer tutur və haqlı olaraq dünyanın ən gözəl kristallik məkanlarından biri hesab edilir.

Mağara nəhəng şüşəyəoxşar selenit kristallarla doludur. Mağaranın böyük hissəsi indiyədək tədqiq edilməyib, çünki hətta hazırlıqlı insanlar belə mağaranın içindəki istiyə 10 dəqiqədən çox davam gətirə bilmir.

Mağaranın altında maqma qovuğu yerləşir. Maqma sayəsində yeraltı sular qızaraq, külli miqdarda gips və digər mineral maddələri öz canına çəkib. Mağara yüz minilliklər, bəlkə də milyonilliklər boyu qaynar minerallardan ibarət qatışıqla dolub. Bununla belə, mağarada temperatur sabit olub (54-58 dərəcə) və kristallar maneəsiz arta bilib.

Amma bu kristallar havada dağılır. Buna görə də Nayka mağarasının tədqiqatçıları bu geoloji obyekti sənədləşdirməyə çalışırlar.

6.Quron gölü, Şimali Amerika

Şimali Amerikanın beş Böyük gölündən biri Kanada ilə ABŞ sərhədində yerləşir. Görünür, kontinental buzlaqlar geri çəkiləndə (bu hadisə sonuncu buzlaq dövrünün axırında, təqribən 11,7 min il əvvəl baş verib), buzlağın əriməsi bu gölün əmələ gəlməsinə gətirib çıxarıb.

Şimali Amerikanın müstəmləkə əsarətinə alınması prosesinin sürətlə getdiyi XVII əsrdən başlayaraq Quron gölündə, habelə digər dörd Böyük göldə minlərlə gəmi batıb. Gölün dayaz yerində, təmiz və şəffaf suyun içində hələ də əbədi donub qalmış gəmi parçalarını görmək olar.

5. Kunqur mağarası, Rusiya

Buzla örtülmüş mağaraları dünyanın İslandiya və Alyaska kimi soyuq regionlarında tapmaq olar. Bu mağaralar müxtəlif əcaib formalar alıb təbii heykəllər əmələ gətirən çoxillik buzla örtülüb.

Lakin 2011-ci ildə nüfuzlu "Forbes” nəşrinin siyahısına daxil edilmək üçün cəmi 10 güclü təəssürat oyadan mağara seçilib. Onlardan biri təbiətin soyuq gözəlliyinin bütünlüklə təcəssüm olunduğu Kunqur mağarası olub. Brilyant zal mağaranın ən heyrətamiz hissəsidir. Bura düşən işıq "kristallik kürk”ün işığını əks etdirməyə və sındırmağa kömək edərək, mağaranı əsrarəngiz lacivərdi çalarlarla doldurur.

Hazırda Kunqur mağarası dünyada bu dərəcədə geniş buz bağlama sahəsi olan yeganə, uzunluğuna görə yeddinci gips mağaradır.

4. Yelloustoun Milli Parkında qaynar bulaqlar, ABŞ

Dünyanın ən təhlükəli vulkanının - Yelloustoun vulkanının oyanması böyük fəlakət gətirəcək. Vulkan bəşəriyyətə "ən uzun gecə” yaşatmaqla bərabər, Yelloustoun Milli Parkının kövrək gözəlliyini – 10 mindən çox qaynar bulağı və qeyzeri məhv edəcək.

Bu bulaq və qeyzerlərin rənglərinin parlaqlığı o dərəcədə heyrətamizdir ki, insan onların təbii olduğuna inana bilmir. Bu mənzərəni dumduru suyun içindəki yosunlar yaradır. "Norris Cistern Spring”, "Grand Prismatic Spring” və "Glory Pool” ən məşhur bulaqlardır.

3. Şüşəli çimərlik, ABŞ

Əgər dünyanın ən gözəl çimərliklərindən birinə tamaşa etmək istəyirsinizsə, Kaliforniyaya yollanın. Orada, Fort-Breqq qarnizonunun yanında saysız-hesabsız şüşə qırıntısı kaleydoskopu ilə örtülmüş çimərlik yerləşir. Bu rəngarəng şüşə parçaları yerli sakinlərin fəaliyyətinin nəticəsidir. Görəsən, sahil zonasına şüşə, məişət cihazları və hətta nəqliyyat vasitələri kimi zibil atan insanlardan kimsə düşünə bilərdi ki, təbiət bütün bunlardan özünəməxsus heyrətamiz mənzərə yaradacaq?

2. Памуккале, Турция Pamukkale, Türkiyə

Pamukkaledəki 17 unikal termal bulaq Yer kürəsinin 20 ən qeyri-adi yeri siyahısına daxildir. Gün işığında elə təəssürat yaranır ki, sanki bu bulaqlar parlaq mərmər daşlara və ya hətta buza oxşayır. Bulaqlarda temperatur 35-100 dərəcə arasında dəyişir.

Pamukkale suları müalicəvidir. Bura ürək və dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən çoxsaylı insanlar gəlir. Yerli əfsanələrdən birinə görə isə Misir çariçası Kleopatra özü Pamukkale bulaqlarında çimib. Turistlərə hətta onun çimdiyi bulaq göstərilir. Buna inanıb-inanmamaq isə hər kəsin öz işidir.

1. Salar de Uyuni, Cənubi Amerika

Boliviyanın cənub-qərbində, Minçin adlı tarixdən əvvəlki duzlu gölün qurumasından sonra qalan zəngin duz ehtiyatının əmələ gətirdiyi Salar de Uyuni dünyanın ən böyük şoranlıq ərazisidir.

Quru havada Salar de Uyuni nəhayətsiz ağappaq məkana bənzəyir. Lakin yağışlar mövsümündə düzənlik nəhəng güzgüyə çevrilir. Axıb getməyə yer tapmayan yağış suları bütün düzənliyə yayılır, bir neçə santimetr qalınlığında gözqamaşdırıcı su səma və buludları, göydə süzən qızılqaz dəstələrini və yüksəklikdə nə varsa, hamısını özündə əks etdirir.

Salar de Uyuni dünyada ən böyük təbii güzgü əmələ gətirir və bu güzgü hətta kosmosdan aydın görünür.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM