10 Dekabr 2019 16:52
864
DÜNYA
A- A+

Okeanlar sürətlə oksigen itirir

Dünya okeanı planetimizdə həyatı təmin edən son dərəcə vacib elementdir. "Su mühitində baş verən dəyişikliklər hökmən həm dəniz və okeanlarda canlılara, həm də quruda yaşayanlara təsir edir. "New Science” jurnalı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) hesabatına istinadən xəbər verir ki, son yarım əsr ərzində Dünya okeanı oksigeninin təxminən 2 faizini itirmişdir. Bu isə elmi ictimaiyyətdə böyük narahatlığa səbəb olmuşdur, çünki bu tendensiya davam etsə, fəsadlar fəlakətli olacaq.

BTMİ-nin tərkibinə dünyanın 17 ölkəsindən 67 alim daxildir. Bu mütəxəssislər okeanın oksigenlə təmin olunmasında vəziyyət barədə genişmiqyaslı tədqiqat aparmışlar. Alimlər müəyyənləşdirmişlər ki, 1960-cı ilin əvvəlindən cari ilin sonunadək Dünya okeanında oksigenin səviyyəsi azalmışdır və bu proses davam edir. Onların "deoksigenləşdirmə” adlandırdığı bu hal əsasən iqlim dəyişməsi ilə izah olunur və qlobal istiləşmənin fəsadları, habelə insan fəaliyyəti ilə əlaqədardır.

Oksigenin səviyyəsinin azalmasına daha çox kənd təsərrüfatı təsir edir. Məsələ burasındadır ki, adamların əkin sahələrində işləyərkən istifadə etdiyi gübrə və digər komponentlərin axını əvvəl-axır qrunt sularına düşür, sonradan isə çay və okeanlara axır. Orada isə həmin maddələr nəinki yerli flora və faunaya mənfi təsir göstərir, həm də oksigenin fəal formalarının müəyyən hissəsini məhv edir və bununla onun su mühitində konsentrasiyasını daha da azaldır.

Hesabatın müəlliflərindən biri Den Laffoli deyir: "Bəli, biz aşkar etdik ki, Dünya okeanında oksigenin səviyyəsi orta hesabla 2 faiz aşağı düşmüşdür. Bu azalma sizə cüzi görünə bilər, lakin itkinin hətta belə səviyyəsi də bütün heyvan və bitkilərin həyat fəaliyyətinə təsirsiz ötüşmür. Əgər hesab edirsinizsə ki, 2 faiz kiçik itkidir, onda Everestə qalxmağa cəhd edin və inanın, yolda bu cür itki sizə çox güclü təsir göstərəcək. Bu, ictimaiyyətə çatmayan, ancaq ətraf mühitə güclü təsir göstərən tendensiyalardan biridir. Biz artıq bu dəyişikliklərin fəsadlarını görə bilərik. Məsələn, oksigenin azalması ABŞ-ın bir neçə regionunda okeanın sahilində balıqların kütləvi məhvinə səbəb olur”.

Özü də "okean fəsadları”ndan əlavə, suda oksigenin konsentrasiyasının azalması Yer üzündə həyat üçün zəruri olan digər elementlərin, məsələn, azot və fosforun dövriyyəsinə də xeyli təsir edə bilər. İlk növbədə bu, hüceyrələrin bir çox qidalandırıcı maddələrinin və struktur elementlərinin əsasıdır. Bu isə öz növbəsində həyatın bütün üzvi formalarına, o cümlədən biz insanlara fəsadlar törədəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video