10 Dekabr 2019 15:45
406
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib


Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, YAP İdarə Heyətinin iclasında ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan, 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik təşkilat üçün sosial sifarişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

İclasda, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video