Alternative content

23:17 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş Laboratoriya Mərkəzinə baxış keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş Laboratoriya Mərkəzinə baxış keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:32 10.12.2019

Dekabrın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin müasir avadanlıqlarla təchiz edilmiş Laboratoriya Mərkəzinə baxış keçirilib. Laboratoriya Mərkəzi Avropa İttifaqının "Su Təşəbbüsü Plyus" Proqramı çərçivəsində təchiz edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dünyada olduğu kimi Azərbaycanda da su problemlərinin əsas müzakirə mövzularından biri olduğunu, transsərhəd suların idarə olunmasının, onların kəmiyyət və keyfiyyətinin diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür. Keyfiyyətli su ilə təminat insan hüquqlarından biridir. O, həyata keçirilən layihənin regional layihə olduğunu diqqətə çatdırıb. K.Yankauskas layihə nəticəsində Azərbaycan əhalisinin daha keyfiyyətli suya çıxışının təmin ediləcəyinə inandığını bildirib.

Avstriyanın Azərbaycandakı səfiri Aleksander Bayer, Fransanın Azərbaycandakı səfiri Zaxarie Qross, layihənin Avropa İttifaqının üzv dövlətləri Konsorsiumundan olan rəhbəri Aleksander Zinke su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığın vacibliyini vurğulayıb, laboratoriyanın Azərbaycanda su keyfiyyəti, onun idarə olunmasının Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcəyini bildiriblər.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, laboratoriyaya baxış keçirilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM