10 Dekabr 2019 15:31
451
SİYASƏT
A- A+

Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb


Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin dekabrın 8-9-da Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə geniş auditoriya qarşısında məruzəçi qismində çıxış edən U.Mirzəyev bütün ölkələrə ədalətli və qərəzsiz yanaşma əsasında media və beynəlxalq təşkilatların inteqrasiyasını inkişaf etdirmək məsələsini qaldırıb. Bildirilib ki, dünya mediası və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin timsalında Azərbaycana qarşı təcavüzü, o cümlədən jurnalistlərin qətl edilməsini pisləyən vahid yanaşma işləyib-hazırlamalıdırlar. "Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ölkəmizin ərazisinin 20 faizinin işğalı dövründə 7 xarici və yerli jurnalist öldürüldü. Bu cinayətlərin təşkilatçıları cəzasız qaldı və hətta rəhbər vəzifələr tutdular. Bu gün biz Suriya, Pakistan, Meksika, Filippin, Əfqanıstan, Afrika və digər ölkələrdə də jurnalistlərin və hətta humanitar işçilərin belə hədəfə alındığını görürük. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, media, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq və həmrəyliyin inkişafı media işçilərinin və informasiya azadlığının qorunmasını təmin edəcək”,- deyə Fondun prezidenti vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğalı ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq təşkilatların yanaşması ictimaiyyəti məyus etdi. Dünya mediası və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını, o cümlədən jurnalistlərin öldürülməsini qınamaq üçün vahid bir yanaşmanın olmaması əməkdaşlığın səmərəliliyinə inamı sarsıdır. Beynəlxalq təşkilatlarla media qurumları arasında əməkdaşlığın ədalətli və bütün ölkələrə qərəzsiz yanaşma şəklində idarə olunmasının zəruriliyinə dair məlumatlılığı artırmaq üçün bütün iştirakçıları qüvvələri birləşməyə və birgə çalışmağa çağırıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video