10 Dekabr 2019 15:25
411
SİYASƏT
A- A+

Almaniya jurnalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub


Almaniyanın "Qafqazda siyasət və cəmiyyət” adlı elmi jurnalında AZƏRTAC-ın Siyasi və rəsmi xəbərlər redaksiyasının əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Allahverdinin və Cənub-Şərqi Avropa və Qafqaz Araşdırma Mərkəzinin rəhbəri doktor Xristian Yohannes Henrixin həmmüəllifi olduqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ermənilərin tarixən həyata keçirdikləri təcavüzkar siyasət nəticəsində Azərbaycan torpaqlarının işğal olunduğu qeyd edilib. Münaqişənin yaranma tarixi, eləcə də onun həlli istiqamətində atılan addımlar təhlil olunub.

Qeyd edək ki, "Qafqazda siyasət və cəmiyyət” jurnalı Fridrix Şiller adına Yena Universitetinin Avropa Tədqiqat İnstitutunun rəhbəri, siyasi elmlər üzrə professor Olaf Leissenin rəhbərliyi ilə işıq üzü görüb. Jurnalda Almaniyadan, həm də Qafqazdan olan elm xadimlərinin əsərləri öz əksini tapıb. Məqalələrdə əsasən Azərbaycan, Gürcüstan və Ermənistan cəmiyyətlərində cərəyan edən siyasi proseslərin təhlili aparılıb. Professor Olaf Leisse Cənubi Qafqazın ənənələr və transformasiya arasında qeyri-sabit region kontekstində araşdırılmasını təşviq edərək regionun Avropaya inteqrasiyasında mümkün imkanları və riskləri müxtəlif müəlliflərin təhlili əsasında dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video