Alternative content

23:25 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:00 10.12.2019

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirinin müavini Velik Zançev və qurumun Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova ilə görüşüb.

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Dəmir Yolları”nın sədri qonaqlara "Şərq-Qərb” və "Cənub-Qərb” nəqliyyat dəhlizləri, o cümlədən layihələrin mühüm elementi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə Bolqarıstan ərazisindən keçməklə Qara dəniz üzərindən bərə vasitəsilə Avropaya yükdaşınması barədə əməkdaşlıq təklifləri müzakirə olunub.

Bolqarıstanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışan V.Zançev yenilənmə işlərinin 2025-ci ilə qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.

C.Qurbanov təklifi müsbət qarşıladığını deyib və qarşılıqlı maraq çərçivəsində məsələnin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirliyinin Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri N.Buxova ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından böyük potensialın olduğunu bildirib. Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM