10 Dekabr 2019 12:32
1030
Mədəniyyət
A- A+

Xalq artisti Yalçın Əfəndiyev vəfat edib


Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Əfəndiyev dekabrın 10-da ömrünün 82-ci ilində vəfat edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərhumla vida mərasimi Təzəpir məscidində keçiriləcək.

Yalçın Əfəndiyev 1937-ci il iyulun 24-də Bakı şəhərində anadan olub. Bakıdakı 6 nömrəli məktəbdə orta təhsil alan Y.Əfəndiyev 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) rejissorluq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1960-cı ildə başlayan Y.Əfəndiyev 1966-cı ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çalışıb, 1983-1986-cı illərdə kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə "Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri vəzifələrində işləyib.

Azərbaycan kinorejissorluq məktəbinin görkəmli nümayəndəsi Yalçın Əfəndiyev milli kinematoqrafiyamızın inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır.

"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Y.Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Onun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli ekran əsərləri Y.Əfəndiyevə şöhrət qazandırıb.

Y.Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən filmləri öz kinematoqrafik zənginliyi, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət edib, milli kinematoqrafiyanın təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video