Alternative content

19:00 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
11:11 10.12.2019

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, İtaliyanın "Nazareno" Sosial Kooperativi və "DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti layihədə iki ölkənin əlilliyi olan və olmayan sənətkarlarını bir araya gətirib. Sənətkarlar özlərini ifadə etməyə imkan yaradan incəsənəti şəfa mənbəyi seçiblər.

Qala tədbirində "Nazareno" Sosial Kooperativi "Sciá Sciá" orkestrinin çıxışını, "EgoMuto kollektivinin xoreoqraf İren Straççiatinin quruluşunda "Səyyahlar", "DanzaMobiles" komandasının xoreoqraf Manuel Kanadasın quruluşunda "Sara və Manuel: iki vücud fəzada uzaqlaşma yollarını axtarır" rəqsini, müğənni və pianoçu Silvia Zarunun ifasını təqdim edib.

"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti isə xoreoqraf Nigar İbrahimbəylinin quruluşu və rəssam Vüsal Rəhimin tərtibatında "Addım" tamaşasını, həmçinin şirkətin direktoru Nigar Sultanovanın "Əlaqə" meditasiyasını nümayiş etdirib.

"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkətinin direktoru Nigar Sultanova və "Nazareno" Sosial Kooperativinin prezidenti Serxio Vini hər kəsin cəmiyyətdə bərabər hüququ olduğunu qeyd edib, tədbirin əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyəti üçün faydalı olacağına inandıqlarını bildiriblər.

Layihə çərçivəsində iki ölkənin sənət adamlarının təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn birgə rəqs nömrəsi də təqdim olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM