Alternative content

15:51 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
14:09 02.04.2020 Ən tələbkar oxucular
13:08 02.04.2020 İndi dünya evimizdir
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşsizlik sosial problem kimi tam aradan qaldırılır
İşsizlik sosial problem kimi tam aradan qaldırılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:20 10.12.2019


Məşğulluq imkanlarının mütəmadi artırılması ölkədə işsizliyin azalaraq 5 faizə enməsinə səbəb olub. Əhalinin məşğulluğunun, sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Tədbirlər çoxşaxəli və genişmiqyaslıdır. Misal olaraq DOST - Dayanıqlı və Operativ Sosial Təminat layihəsini və bir sıra digər proqramları göstərmək olar.

DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və DOST mərkəzlərinin yaradılmasına imkan verib. Bu təşəbbüsü Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva irəli sürüb.

2019-cu il mayın 9-da DOST Agentliyi və 1 saylı DOST mərkəzi (Səbail, Yasamal) açılıb. Mərkəzdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət təqdim edilir. Ötən aylar ərzində 1 saylı DOST Mərkəzinə on minlərlə müraciət olub. Vətəndaşlar bu xidmətdən olduqca məmnundurlar.

2019-2025-ci illərdə Bakı və ölkənin bölgələrində 31 DOST Mərkəzinin yaradılması nəzərdə tutulub.

"Məşğulluq” alt sistemi (MAS) isə 2019-cu il noyabrın 8-də istifadəyə verilib. MAS-ın məqsədi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsi, əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasıdır.

İşsiz və işaxtaranlar "E-sosial” və ya "e-gov.az” portalı vasitəsilə altsistemdə qeydiyyatdan keçərək sistemdə "İşaxtaranlar” pəncərəsini açır. Müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinetini yaradır. "Fərdi məşğulluq” bölməsində "Vakansiya bankı” ilə tanış olaraq peşəsinə, əmək bacarığına uyğun vakansiyanı seçir.

İşəgötürənlər e-sosial.az ünvanına daxil olaraq "e-xidmətlər” bölməsindən "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” e-xidmətini seçir. "Vakansiyalar” bölməsindəki "Yeni vakansiya” altbölməsində vakant iş yerini, əməkhaqqını, iş yerinin daimi və ya müvəqqəti olmasını, işçiyə dair ixtisas, zəruri bilik, bacarıq tələblərini və s. qeyd edir.

Əhalinin işlə təmin olunmasında getdikcə genişlənən özünüməşğulluq proqramı müsbət rol oynayır. Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram işsiz və işaxtaran vətəndaşların dövlətin mal və materiallar formasında aktiv dəstəyi ilə özünüməşğulluğunun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsi məqsədini daşıyır. Özünüməşğulluq, eləcə də işsizlikdən kiçik biznesə çıxışının dəstəklənməsinə xidmət edir.

Proqramın əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub.

Cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 26 noyabr tarixinə 9513-ə çatıb. Onlardan 7655-i təlim kursunu uğurla başa vurub. Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5765 nəfər işsiz və işaxtarana biznes planlarına uyğun mal və materiallar verilib. Proqrama cəlb olunanların əksəriyyətini əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər, müharibə veteranları təşkil edir.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə birgə icra olunan "Sosial Bağlar” layihəsi də həyata keçirilən önəmli tədbirlərdəndir və bu iş də getdikcə genişlənməkdədir. 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıb. 2019-cu ildə isə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində isə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurumlarına dəstək verilir.

Dövlət başçısının təşəbbüsü və tapşırığı ilə 2019-cu ildə "İşsizin DOSTu” proqramının icrasına da başlanıb. İlin əvvəlindən həyata keçirilən bu proqram ödənişli ictimai işlərin sistemli və şəffaf təşkilinə imkan verib. Bu il 40 minə yaxın işsiz və işaxtaran şəxs proqram üzrə əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin edilib.

İşsizliyin sosial problem kimi tam aradan qalxmasına çox qalmayıb. İnsanların məşğulluq probleminin daim diqqətdə mərkəzində olması onlara göstərilən dövlət qayğısının ən aydın təzahürlərindən biridir. Bu istiqamətdə görülən tədbirlər də dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının və rifahının dayandığını təsdiqləyir.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM