Alternative content

21:26 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yevlaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
Yevlaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:13 10.12.2019


Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, ictimaiyyətin, ağsaqqallar və gənclərin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, Əməkdar artist Nazir Rüstəmov qeyd etdi ki, düz 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlətçilik müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.

Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bugünkü dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin uğurlu siyasəti sayəsində davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları isə Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırıldı. Sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən videogörüntülər fonunda Əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə Əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, Əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səsləndi. Anım gecəsi Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan” mahnısı ilə sona çatdı.

İsrafil KƏRİMOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM