Alternative content

13:21 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masa keçirilib
Moskvada “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masa keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
23:28 09.12.2019

Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf etmək və qarşılıqlı fəaliyyət potensialını artırmaq istiqamətində sabit meyil nümayiş etdirir.

Bu sözləri "Xəzər ekspert klubu”nun rəhbəri Gülnarə Məmmədzadə "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin beynəlxalq multimedia mətbuat mərkəzində keçirilən "Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masada söyləyib.

Son iki ildə iki ölkə arasında münasibətlərin kulminasiya nöqtəsinə, siyasi rəhbərlik səviyyəsində səfərlərin sayının rekord həddə çatdığını qeyd edən ekspert deyib: "Bu il əlamətdar səfərləri, o cümlədən Şərq mövzusuna həsr edilmiş "Valday” forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünü qeyd etmək istərdim. Birinci vitse-prezident Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya səfəri, baş tutan görüş və tədbirlərin səviyyəsi əməkdaşlığımızın xarakterini və prioritetlərini göstərir. İlk növbədə, biz Rusiya ilə Azərbaycan arasında siyasi dialoqun sabitliyini vurğulayırıq. Bizim üçün iqtisadi və humanitar məsələlər bloku vacibdir, bunu X Rusiya-Azərbaycan Regionlararası Forumunun proqramı və gündəliyi təsdiq edir. Rusiya ilə Azərbaycan mühüm geosiyasi alyansların, o cümlədən Türkiyə və İranla alyansların iştirakçılarıdır. Biz çox ciddi transmilli layihələrdən, o cümlədən "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən danışa bilərik”. Rusiya Prezidenti Vladimir Putinin "Valday” forumunda Avrasiyanın nəqliyyat-energetika karkasının qurulmasına iki ölkənin töhfəsini qeyd etdiyini xatırladan ekspert deyib: "Bu sübut edir ki, Rusiya-Azərbaycan münasibətləri ikitərəfli formatın hüdudlarından kənara çıxıb və beynəlxalq səviyyədə fəal inkişaf edir”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski 2000-ci illərin hadisələrindən danışaraq deyib: "Onda biz Vladimir Putinin Azərbaycana birinci rəsmi dövlət səfərini gözləyirdik. Sənədləri hazırlayanda necə həyəcan keçirdiyimizi xatırlayıram. Ölkələrimiz arasında "ağrılı nöqtələr”, fikir ayrılıqları ayrıca qara siyahıda idi. Artıq bu gün görürəm ki, həmin siyahıdan daha əsər-əlamət qalmayıb”. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən Regionlararası Forum barədə təəssüratlarını bölüşən ekspert bildirib ki, Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqi əslində Azərbaycandır. O, Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan kimi əməkdaşlıq formatlarının yaradılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu vurğulayaraq deyib: "Əlbəttə, illər boyu təşəkkül tapan Xəzər beşliyi mexanizmi böyük uğur qazanıb. Biz bilirik ki, Xəzər beşliyinin görüşləri son nəticədə Xəzər dənizinin statusu məsələlərinin razılaşdırılmasına gətirib çıxarıb. Xarici siyasət nöqteyi-nəzərindən, bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli ölkədir”.

İki ölkə arasında iqtisadi əməkdaşlığın əhəmiyyətini qeyd edən politoloq Fərhad İbrahimov diqqəti belə bir məqama yönəldib ki, Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır və bu da regionda Rusiyanın prioritetləri olduğuna dəlalət edir. Politoloq qeyd edib ki, Rusiyanın iri şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM