Alternative content

16:02 25 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
ANA SƏHİFƏ / SİYASƏT
23:24 09.12.2019

Avronest Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən VIII sessiyasında və qurumun komitə iclaslarında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.

Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin AZƏRTAC-a verdiyi məlumata görə, iqtisadi komitənin iclasında ölkəmizin iqtisadi inkişafı, həyata keçirdiyi regional layihələr, Cənub Qaz Dəhlizi ilə bağlı məlumat verilərkən, erməni deputatlar çıxışlara mane olmağa cəhd göstəriblər. Eyni zamanda, komitədə gündəliyə Cənub Qaz Dəhlizi ilə bağlı məsələnin salınmasının qarşısını almağa çalışıblar.

Amma Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Tahir Mirkişili ermənilərin bütün cəhdlərinin qarşısını alıb və məsələ gündəliyə daxil edilib.

Bundan başqa, sessiyada Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı "Dağlıq Qarabağ xalqı” və "Artsax” ifadələri işlədib. Qondarma "erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb.

Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan deputat dünyada baş verən bütün soyqırımı qurbanlarının xatirəsinin anılmasını xahiş edib. Bundan sonra bütün sessiya iştirakçıları ayağa qalxıb.

Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili "Dağlıq Qarabağ xalqı” və "Artsax” ifadələrinin beynəlxalq aləmdə qəbul edilmədiyini iştirakçıların diqqətinə çatdırıb, bütün soyqırımı qurbanlarının xatirəsinin, o cümlədən Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinin də anılmasına görə sessiya iştirakçılarına təşəkkür edib.

Milli Məclisin deputatı, həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.

T.Mirkişili çıxışında Azərbaycanın təşəbbüsü, Gürcüstan və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, xüsusən də TANAP-ın mühüm əhəmiyyəti, bu layihələrin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə məlumat verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM