09 Dekabr 2019 23:21
499
SİYASƏT
A- A+

Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir


Azərbaycan Avropa üçün çox əhəmiyyətli ölkədir. Hamı başa düşür ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında nəzərəçarpacaq rol oynayır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov söyləyib.

Siyasətçi bildirib ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir. Lakin, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yalnız bir saziş çərçivəsində həyata keçirilmir. Avropa üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi tamamlanmaq üzrədir, TAP layihəsi də gələn ildən işləməyə başlayacaq. Avropalılar bunu qiymətləndirməlidir, bunu unutmaq olmaz.

R.Musabəyov deyib: "Bu gün Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına üzv 6 ölkəyə, təxminən, 30 milyard avro ayrılıb. Amma Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizinə təqribən 50 milyard avro vəsait ayrılıb. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Avropa üçün nə qədər əhəmiyyətlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video