Alternative content

20:57 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanla Rusiya innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı hazırlayacaq
Azərbaycanla Rusiya innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı hazırlayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:59 09.12.2019

Dekabrın 9-da İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi İqtisadiyyat naziri M.Cabbarov və Rusiyanın İqtisadi İnkişaf naziri M.Oreşkin imzalayıblar.

Niyyət Protokolu noyabrın 20-25-də Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir. Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən 3 ay müddətində "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı ("Yol Xəritəsi”) hazırlayacaq.

Tədbirlər Planı innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq istiqamətində birgə layihələr və tədbirlərin müzakirəsi üçün müvafiq Ekspert İşçi Qrupunun yaradılması, Rusiyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə Azərbaycanda İnnovasiya, Elm və Texnologiya Mərkəzinin yaradılması və birgə idarə olunması, həmçinin Müştərək Vençur Fondunun təşkili imkanlarına baxılması və digər məsələləri əhatə edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM