Alternative content

22:58 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:53 09.12.2019

Mərkəz regionda bu tipli yeganə müəssisə olacaq


Dekabrın 9-da "Zabrat” aeroportunun ərazisində Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, yeni mərkəz mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə "Rusiya Helikopterləri” səhmdar cəmiyyəti ilə birgə həyata keçiriləcək.

Müvafiq saziş "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və "Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak ediblər.

Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra təməlqoyma mərasimi keçirilib, tədbir iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər.

Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin yaradılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etməklə yanaşı, gələcəkdə mərkəz təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM