Alternative content

16:00 25 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:30 09.12.2019

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində DQİDK, Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan Bibliya Cəmiyyəti tərəfindən nəşr edilən kitablar sərgilənib. Sərgidə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları nümayiş olunub.

Konfransda DQDİK və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı mərkəzləşmiş kitabxanaların və nəşriyyatların direktorları, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olublar.

DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, son illərdə ölkədə ümumi sayı təqribən 550 mindən çox 212 adda dini ədəbiyyat nəşr edilib. Onlardan 14-ü dövlətin din siyasətinə, 34-ü multikulturalizm və tolerantlığa,114-ü milli-mənəvi dəyərlərimizə həsr olunub. Əsas istiqamətlərdən biri olan dini radikalizmlə mübarizə mövzusunda isə 50 adda ədəbiyyat nəşr olunub. M.Qurbanlı vurğulayıb ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 2018-2019-cu illərdə 43 adda kitab nəşr olunub ki, gələn ilin əvvələrinə qədər bu sayın 94-ə çatdırılması nəzərdə tutulub. O bildirib ki, bu kitabların nəşr edilməsinin, yayılmasının məqsədi mənəvi dəyərlərimizin, tolerantlıq və multikultural ənənələrimizin, dövlət başçımızın həyata keçirdiyi dövlət-din münasibətlərinə aid siyasətin ictimai rəyə təqdim edilməsidir.

QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev təşkil edilən bu qəbildən konfransların əhəmiyyətini vurğulayaraq bildirib ki, Dövlət Komitəsinin nəşr etdiyi dini ədəbiyyatın Azərbaycan dili ilə yanaşı, xarici dillərdə də çap olunması və yayılması ölkəmizə xas dini mədəniyyətin daha geniş oxucu kütlələrinə çatdırılmasına rəvac verir.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təşkil edilən kitab sərgisinə tədbir iştirakçıları tərəfindən böyük marağın göstərildiyini diqqətə çatdırıb. O qeyd edib ki, rəhbərlik etdiyi qurumun iştirak etdiyi beynəlxalq sərgilərdə Azərbaycandakı dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə, dini etiqad azadlığına həsr olunmuş kitablar nümayiş etdirilir, bu da digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanır.

DQİDK tərəfindən nümayiş etdirilən ədəbiyyatın əhəmiyyətli məzmun xəttinə malik olması barədə danışan Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov bildirib ki, dinin hüquqi, pedaqoji, sosioloji, fəlsəfi mahiyyətinin əks olunduğu kitablar istər dini maarifləndirmə, istərsə də elmi tədqiqat işlərində vacib mənbə kimi istifadə oluna bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM