Alternative content

19:55 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliyada dünyanın ən hündür yolkası işıqlarını yandırıb
İtaliyada dünyanın ən hündür yolkası işıqlarını yandırıb
ANA SƏHİFƏ / DÜNYA
16:46 09.12.2019

İtaliyada dünyanın ən hündür yolkası öz işıqlarını yandırıb. AZƏRTAC Umbria24 portalına istinadla xəbər verir ki, bu ölkənin Qubbio şəhərində Yeni il yolkası işıqlarının yandırılması mərasimi keçirilib.

Şəhərin ətrafındakı İncino dağının ətəyində quraşdırılan hündürlüyü 750 metr, eni 450 metr olan Yeni il yolkasında rəngarəng işıqlandırma sistemi mövcuddur. Belə ki, həmin sistemdə 700-dən çox elektrik kabeli ilə birləşdirilən neon lampalarından istifadə olunub. Yolkanın zirvəsində hər beş dəqiqdən bir rəngini dəyişən Yeni il ulduzu var. Neon lampaları olan yolka Qubbio şəhərində artıq 38 ildir quraşdırılır. Onu ilk dəfə könüllülər qurublar. Qubbionun "Yeni il gözəlini” dünyanın ən böyük yolkası kimi 1991-ci ildə Ginnesin Rekordlar Kitabına daxil ediblər. 2014-ci ildə isə onun işıqlarını Roma Papası Fransisk yandırıb. Yolkanın rəngarəng işıqları yanvarın sonuna qədər şəhər sakinlərinin və qonaqların gözünü oxşayacaq.

Qeyd olunur ki, Yeni ilin rəmzi bütün dünyadan turistləri də Qubbio şəhərinə cəlb edir. Yolkanın qurulması mərasimi gecənin qaranlıq səmasını parlaq işıqlara qərq edən atəşfəşanlıqla müşayiət olunub. Bu il mərasim iştirakçılarına öz doğma adamına həsr etdiyi ulduzu seçmək təklif olunub. Əldə olunan gəlir isə "Save The Children” fondunun hesabına köçürüləcək.

Dünyanın ən bahalı Yeni il yolkası isə İspaniyada qurulub. Onun üzərinə asılan "Chanel” və "Louis Vuitton” oyuncaqlarının qiymətinin bir neçə milyon avro olduğu bildirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM